Avropa
Polşada PUA qəzaya uğradı
Polşanın mərkəzi hissəsində, Kuyavsko-Pomorsk Voevodluğunun İnovrotslav şəhərində hərbi təyinatlı PUA qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə Polşa Silahlanma Qrupu (PGZ) "X" sosial şəbəkəsində məlumat yayıb.
“23 oktyabr tarixində 2 saylı Hərbi Aviasiya Zavoduna məxsus pilotsuz uçuş aparatı ilə bağlı insident baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb,” - deyə paylaşımda bildirilir.
PGZ-nin açıqlamasına görə, zavodun nümayəndələri insidentin səbəblərini araşdırırlar.
Qeyd edək ki, bundan əvvəl Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Slavomir Tsençkeviç bəyan etmişdi ki, respublika Rusiya ilə hərbi münaqişə vəziyyətindədir.
Oktyabrın 10-da ABŞ Konqresinin yuxarı palatasına senatorlar tərəfindən Rusiyanın NATO hava məkanını pozduğu iddiası ilə bağlı qətnamə təqdim olunub.
Qətnamədə hava məkanının pozulmasına dair bir sıra nümunələr göstərilib: 9 sentyabrda Polşada dron insidenti, 14 sentyabrda Rumıniya hava məkanında dronun görünməsi və Estoniya üzərində Rusiya qırıcılarının dörd dəfə müşahidə olunması.
Hüseyn İbadlı
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar







































