Avropa
Bu ölkə Rusiya aktivlərinin müsadirəsinə niyə icazə vermir? - Şərtini açıqladı
Rusiya gələcəkdə dondurulmuş aktivlərdən istifadə hüququnu bərpa edərsə, bunun üçün kompensasiyaya zəmanət verilməlidir.
Publika.az “Euractiv”ə istinadən xəbər verir ki, bunu ölkəsinin Avropa İttifaqının (Aİ) Ukraynaya təklif etdiyi krediti dəstəkləməkdən imtinasını müdafiə edən Belçikanın baş naziri Bart de Vever deyib.
Onun sözlərinə görə, yəqin ki, ən vacib şərt üzv dövlətlərin Rusiya aktivlərin qanuni mülkiyyətini bərpa edəcəyi təqdirdə dərhal kompensasiya almasına zəmanət verməsidir, lakin bu tələb danışıqlar masasında böyük ajiotaj yaratmayıb.
De Vever digər üzv dövlətləri və Qərb müttəfiqlərini Rusiya aktivlərindən öz yurisdiksiyaları altında istifadə etmək öhdəliyini götürməyə çağırıb.
"Başqa ölkələr, əgər onların aktivlərini birləşdirsəniz, tam olaraq Belçika ilə eyni məbləğə sahib olardılar. Bütün bu pullar hara getdi? Heç hara", - baş nazir deyib.
Daha əvvəl bildirilmişdi ki, Aİ liderləri Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanı silahlandırmaq üçün istifadəyə dair qərarı dekabr ayına qədər təxirə salıblar. Qərar, vəsaitlərin ələ keçirilməsi ilə bağlı riskləri daşımayacağına dair zəmanət tələb edən Belçikanın mövqeyinə görə qəbul edilib.
Tural
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar







































