Avropa
İngiltərə bu qalmaqala görə çalxalanır: “X” sosial şəbəkəsi bağlanır?
Böyük Britaniya hakimiyyəti “Grok” çatbotunda istifadəçilər tərəfindən yaradılan şəkillərlə bağlı qalmaqaldan sonra “X” sosial şəbəkəsinin qadağan edilməsini müzakirə edir.
Publika.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti Baş nazir Kir Starmerin ofisindəki mənbələrə istinadən məlumat yayıb.
Qəzet onun sözlərinə istinadən bildirib ki, Starmer daha əvvəl media tənzimləyicisi “Ofcom”dan Elon Maska məxsus sosial şəbəkə ilə bağlı "bütün variantları nəzərdən keçirməsini" istəyib.
"Bu qanunsuzdur. Biz buna dözməyəcəyik. Mən bütün mümkün variantların nəzərdən keçirilməsini tələb etmişəm", - baş nazir deyib.
Xəbərdarlıq, “X” istifadəçilərinin “Grok” süni intellektindən istifadə edərək qadın və uşaqların şəkillərini yaratması ilə əlaqəlidir. Sorğu yaratdıqda, neyron şəbəkəsindən fotodakı qızı soyundurmasını istəyirlər.
“Deepfake”lərə Uels şahzadəsinin, kabinet nazirlərinin, parlament üzvlərinin və məşhurların şəkilləri daxil idi. Britaniya internet nəzarəti orqanı “qaranlıq internet”də uşaqlara qarşı cinsi istismar şəkilləri olan materiallar tapdığını bildirib.
Nəşrin məlumatına görə, Baş nazirin ofisi bu görüntülərlə bağlı birbaşa “X” ilə əlaqə saxlayıb. Onların cavab alıb-almadığı məlum deyil.
Bu həftə Mask bildirib ki, "Qrok”dan qanunsuz məzmun yaratmaq üçün istifadə edən hər kəs qanunsuz məzmun yükləməklə eyni nəticələrlə üzləşəcək".
Tural
-
İdman21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin121:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
























.jpg)










