Avropa
Almaniya, Britaniya və Fransa liderlərindən İrandakı vəziyyətə dair birgə bəyanat
Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron İrandakı vəziyyətlə bağlı birgə bəyanat qəbul ediblər.
Publika.az xəbər verir ki, bəyanatda İran təhlükəsizlik qüvvələrinin zorakılığa yol verməsi ilə bağlı məlumatlardan dərin narahatlıq ifadə olunub. Liderlər etirazçılara qarşı qətl törədilməsini də pisləyib.
Xatırladılıb ki, İran hakimiyyət orqanları öz vətəndaşlarının qorunmasından məsuliyyət daşıyır və ifadə azadlığı ilə sülhsevər toplaşmağı heç bir təqib qorxusu olmadan təmin etməlidir.
"Biz İran hakimiyyətini səbirli davranmağa, zorakılıqdan çəkinməyə və İran vətəndaşlarının əsas hüquqlarını qorumağa çağırırıq”, - deyə birgə bəyanatda vurğulanıb.
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı















.png)


















