Avropa
Xanım Baş nazir Azərbaycana təşəkkür etdi
Yaxın günlərdə Ukrayna tərəfdaşlarından yeni enerji yardımı alacaq.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko özünün teleqram kanalında bildirib. O, qeyd edib ki, yaxın günlərdə ölkəyə Azərbaycan, Slovakiya və Çexiyadan növbəti yardımlar daxil olacaq.
"Azərbaycanın təqdim etdiyi yardıma generatorlar, transformatorlar, kabellər, tibbi avadanlıqlar və digər humanitar dəstək daxildir. Bu yardım dağıdıcı atəşlərdən sonra Ukraynanın enerji infrastrukturunun bərpasında əsas rol oynayır" , - Baş nazir qeyd edib.
Sviridenko vurğulayıb ki, Azərbaycan da daxil olmaqla beynəlxalq tərəfdaşların dəstəyi sayəsində ukraynalıların evlərində istilik və elektrik enerjisini operativ şəkildə bərpa etmək mümkün olur.
"İrlandiya gələn həftə Ukraynanın Enerji Dəstəyi Fonduna 25 milyon avro göndərəcək" , - o əlavə edib.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı

































