Avropa
Xəzinədə “göydən gələn” metal aşkarlandı
İspaniyada 60 ildən artıq əvvəl aşkar edilən məşhur bürünc dövrü xəzinəsinin tərkibindəki iki adi görünən əşyanın əslində ən dəyərli tapıntılardan olduğu müəyyən edilib. Alimlər solğun vəziyyətdə olan bir bilərziklə üzəri qızılla bəzədilmiş, güclü korroziyaya uğramış yarımkürə formalı metal əşyanın adi dəmirdən deyil, meteorit mənşəli dəmirdən hazırlandığını aşkar ediblər.
Publika.az xəbər verir ki, araşdırma "Trabajos de Prehistoria" jurnalında dərc olunub.
Söhbət 1963-cü ildə İspaniyanın Alikante əyalətində tapılmış və tarixə Vilena xəzinəsi kimi düşən tapıntılar kompleksindən gedir. Xəzinə əsasən qızıldan hazırlanmış 66 müxtəlif əşyadan ibarətdir və Pireney yarımadasında, eləcə də bütün Avropada bürünc dövrü zərgərlik sənətinin ən mühüm nümunələrindən biri hesab olunur. Əşyaların böyük hissəsi e.ə. 1500–1200-cü illərə aid edilir.
Lakin iki artefakt – içiboş metal yarımkürə (ehtimal ki, skipetrin və ya qılınc dəstəyinin hissəsi) və bilərzik uzun müddət alimləri çaşdırıb. Onlar zahirən dəmirdən hazırlanmış kimi görünürdü. Halbuki Pireney yarımadasında dəmir dövrü yalnız e.ə. 850-ci illərdə başlayıb ki, bu da xəzinənin yaşından xeyli sonrakı dövrə təsadüf edir.
Araşdırmalar göstərib ki, məsələ materialın nadirliyindədir. Meteorit dəmiri yer mənşəli dəmirdən fərqli olaraq yüksək nikel tərkibinə malikdir. Vilena Arxeologiya Muzeyinin icazəsi ilə alimlər hər iki əşyadan mikroskopik nümunələr götürərək kütlə spektrometriyası üsulu ilə analiz aparıblar.
Güclü korroziyaya baxmayaraq, nəticələr artefaktların böyük ehtimalla meteorit dəmirindən hazırlandığını göstərib. Bu isə onların da xəzinənin digər hissələri kimi e.ə. XIV–XII əsrlərə aid olduğunu deməyə əsas verir.
Tədqiqat müəllifləri bildirirlər ki, bu əşyalar İberiya yarımadasında meteorit dəmirindən hazırlanmış ilk məlum nümunələr ola bilər. Bu fakt yerli bürünc dövrü ustalarının gözləniləndən daha inkişaf etmiş metallurgiya biliklərinə sahib olduqlarını və “göydən düşən” nadir materialla işləməyi bacardıqlarını göstərir.
Bununla belə, alimlər yekun nəticələr üçün ehtiyatlı yanaşırlar. Artefaktların vəziyyəti səbəbindən məlumatlar tam qəti hesab edilmir. Gələcəkdə daha müasir, qeyri-invaziv analiz üsullarının tətbiqi ilə metalın mənşəyinin əlavə zədələnmə olmadan dəqiqləşdirilməsi planlaşdırılır.
Hüseyn İbadlı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə24 Oktyabr 20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi

























.jpg)









