Avropa
Rusiya ilə bağlı çağırışı qalmaqala səbəb olan deputat fraksiyadan xaric edildi
Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenkonun Rusiya ilə danışıqlara getmək və güzəştlər etmək barədə çağırışı siyasi qalmaqala səbəb olub.
Publika.az xəbər verir ki, bunun ardınca Qonçarenko üzvü olduğu “Avropa Həmrəyliyi”nin parlament fraksiyasından çıxarılıb. Fraksiya onun müharibənin başa çatdırılması və Ukraynanın gələcək təhlükəsizlik arxitekturası ilə bağlı mövqeyinin siyasi qüvvənin mövqeyi ilə ziddiyyət təşkil etdiyini bildirib.
Qeyd edək ki, Qonçarenko oktyabrın 4-də yayımladığı video müraciətində Kiyevin Moskva ilə müharibənin dayandırılması barədə danışıqlara başlamalı olduğunu deyib. O, həmçinin Ukraynanın Rusiyaya beynəlxalq sanksiyalardan çıxmağa kömək təklif etməsinin mümkünlüyünü irəli sürüb.
Bu açıqlamalar “Avropa Həmrəyliyi” daxilində ciddi fikir ayrılığına səbəb olub və nəticədə fraksiya Qonçarenko ilə siyasi əməkdaşlığı dayandırmaq qərarına gəlib.
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı

















.jpg)



.jpg)


.jpg)













