Avropa
İspaniyada mənzil böhranı: Barselonada etirazlar nəzarətdən çıxdı
İspaniyanın Barselona şəhərində mənzil böhranı ilə bağlı keçirilən etiraz aksiyası polislə toqquşmalarla nəticələnib, 28 hüquq-mühafizə orqanı əməkdaşı yüngül xəsarət alıb.
Publika.az xəbər verir ki, bu barədə “Pais” qəzeti məlumat yayıb. Bildirilir ki, polis 13 nəfəri saxlayıb.
Nəşrin məlumatına görə, etiraz rəsmi olaraq başa çatdıqdan sonra polis əməkdaşları iştirakçılardan dağılışmağı tələb ediblər. Etirazçılar polis əməkdaşlarına şüşə butulkalar və digər əşyalar atmağa və zibil qablarını yandırmağa başlayıblar.
Saxlanılanlar arasında yetkinlik yaşına çatmayan da var. Barselonada başqa heç bir toqquşma qeydə alınmayıb.
Son günlərdə İspaniyada mənzil böhranı ilə bağlı kütləvi etirazlar davam edib. Şənbə günü ölkənin onlarla şəhərində etirazlar baş tutub.
Hökumətin nümayəndəliyinin məlumatına görə, Madriddə nümayişdə təxminən 70.000 insan iştirak edib. Təşkilatçılar 500.000 iştirakçının olduğunu iddia ediblər.
Bu yaxınlarda etirazçılar Madridin mərkəzində çadır düşərgəsi qurublar. Madrid Ali Məhkəməsi ilkin araşdırmaya ehtiyac olduğunu əsas gətirərək onun dərhal sökülməsi tələbini rədd edib.
İctimai narazılıq fonunda İspaniya hökuməti 29 sentyabrda mənzil fərmanlarını təsdiqlədi, lakin parlament onları rədd etdi. Bu, 29 noyabrda növbədənkənar seçkilərin elan edilməsinə səbəb oldu.
Müəllif: Tural
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı











.jpg)









.jpg)


.jpg)













