Avropa
Fransada məktəblilər ayağa qalxdı: 86 min nəfərlik etiraz dalğası
Fransada məktəblilərin etirazları kütləviləşib.
Publika.az “Le Figaro”ya istinadən xəbər verir ki, ölkə üzrə keçirilən aksiyalarda rekord sayda - 86 min nəfər iştirak edib.
Bundan əvvəl Fransanın milli təhsil naziri Eduar Jefr bildirmişdi ki, kütləvi məktəb etirazları başlayandan bəri ölkədə təxminən 200 yeniyetmə xəsarət alıb.
Etirazçılar lisey yeməkxanalarında qidalanmanın keyfiyyətinin artırılmasını, məktəblərdə smartfonlardan istifadəyə icazə verilməsini, dərslərin təşkilinin yaxşılaşdırılmasını, əlavə maliyyə ayrılmasını və şagirdlərin məktəb rəhbərliyi ilə açıq dialoq aparmaq imkanının yaradılmasını tələb edirlər.
“Le Figaro”nun məlumatına görə, oktyabrın 2-də 600, oktyabrın 1-də isə 1949 etirazçı saxlanılıb.
Fransada kütləvi etirazlar sentyabrın 17-də Paris məktəblərindən birində başlayıb və daha sonra ölkənin digər bölgələrinə yayılıb.
Müəllif: Adəm
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO
-
Ekologiya12:39Sabah 16 dərəcə isti olacaq - Hava proqnozu
-
Hadisə11:35Bu ərazilərdə qaz kəsildi



























.jpg)










