Avropa
Yeri qazıb unikal qarışqa yuvasını oğuradılar
İngiltərənin Devon qraflığında yerləşən təbiət qoruğundan darbaşlı qarışqaların yuvası oğurlanıb.
Publika.az “The Guardian”a istinadla xəbər verir ki, bu, İngiltərədə həmin qarışqa növünün sonuncu populyasiyasıdır.
Oktyabrın ortalarında tədqiqatçılar qoruqda planlı yoxlama apararkən məlum qarışqa yuvasının yerində bel ilə qazılma izləri olan çuxur aşkar ediblər. Mütəxəssislərin məlumatına görə, bir yuvada 1000-dən 5000-dək qarışqa və 25 ilədək yaşayan bir və ya bir neçə ana qarışqa ola bilər.
Darbaşlı qarışqalar vaxtilə İngiltərənin cənubunda geniş yayılmışdı, lakin son 100 ildə yaşayış yerlərinin itirilməsi səbəbindən onların sayı kəskin azalıb. Hazırda bu növ xüsusilə nadir hesab olunur.
Ekspertlər qeyd edirlər ki, oğru nə etdiyini yaxşı bilib. Çünki xüsusi bilik olmadan belə bir qarışqa yuvasını tapmaq çətindir.
“Koloniyalar yavaş inkişaf edir və hər bir yetkin qarışqa yuvası uzun illər ərzində formalaşır. Bu cinayət vəhşi quşların yumurtalarının qanunsuz toplanması qədər ciddi qanun pozuntusudur”, – deyə bəyanatda bildirilib.
Oğurluq barədə polisə məlumat verilib. Qoruq xüsusi elmi statusa malikdir və onun ərazisindən materialların götürülməsi cinayət hesab olunur.
Hüseyn İbadlı
-
Sosial19:12Bəxtiyar Dali tək deyilmiş - Həmin qızın vəkili danışdı
-
Avropa19:00Yeri qazıb unikal qarışqa yuvasını oğuradılar
-
Nəqliyyat18:48İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Magazin218:24Belə getsə, soyadını daşıyan övladı qalmayacaq - FOTO
-
Rəsmi xronika16:21Prezident onu sədr təyin etdi - Sərəncam
-
Nida Xəbər 16:06Azərbaycan bir yana, dünya bir yana, nə Fələstini? - Özdil
-
Nida Xəbər 14:38Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
-
Nida Xəbər 12:19Bu şəxslərə ev təklif ediləcək - Deputat














.jpg)

















.jpg)


