Fransa yenə qarışır: Bu dəfə polislər etiraz aksiyası keçirəcəklər
Bizi izləyin

Avropa

Fransa yenə qarışır: Bu dəfə polislər etiraz aksiyası keçirəcəklər

Fransa yenə qarışır: Bu dəfə polislər etiraz aksiyası keçirəcəklər

Fransada polis məmurları cümə axşamı günü ölkədə davam edən kütləvi etirazlar fonunda risk ödənişləri də daxil olmaqla, bonusların artırılması tələbi ilə çoxsaylı etiraz aksiyaları keçirəcəklər.

Publika.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

"Daxili İşlər Nazirliyinin tələblərinə verdiyi cavabdan narazı qalan polis əməkdaşları, tələblərini dinləmək üçün 26 noyabrda "böyük ümumölkə səfərbərlik günü" keçirmək qərarına gəliblər", - məlumatda deyilir.

Bildirilir ki, müxtəlif hüquq-mühafizə orqanlarının əməkdaşları etirazlara qoşulacaqlar. Kanalın məlumatına görə, sərhəd polisi əməkdaşları Parisin əsas Orli hava limanında çox diqqətlə sərnişin yoxlamaları aparmaq niyyətindədirlər ki, bu da sərnişin axınını yavaşlatacaq və növbələri artıracaq.

Əlavə olaraq, polis həmkarlar ittifaqları üzvlərini polis bölmələrində etiraz aksiyası keçirməyə çağırıb. Bəzi etirazlar gecə yarısından başlayıb.

Telekanalın məlumatına görə, məhkəmə ekspertləri və polis tərəfindən işə götürülən inzibati, texniki və ixtisaslaşmış personal da iş şəraitinə görə əmək haqqının artırılmasını tələb edirlər.

Bundan əvvəl Parisdəki hüquq-mühafizə orqanlarının əməkdaşları Yelisey Sarayının yaxınlığındakı Fransa Daxili İşlər Nazirliyinin binasında nümayiş keçirmişdilər.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm