Bakı 2015
Rusiyalı Olimpiya mükafatçıları I Avropa Oyunlarına hazırlaşır
İdman gimnastikası üzrə London Olimpiadasının qalibi Aliya Mustafina və 2012-ci il oyunlarının ikiqat gümüş mükafatçısı Viktoriya Komova Rusiyanın I Avropa Oyunlarında iştirak edəcək yığmasının ilkin tərkibinə daxil ediliblər.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın idman gimnastikası üzrə yığmasının baş məşqçisi Andrey Rodionenko bildirib.
Mustafina belini zədələdiyinə görə aprel ayında keçirilən Avropa çempionatında iştirak etməyib, Komova isə topuğunun ağır zədəsi səbəbindən Londondakı Olimpiadadan sonra yalnız bir yarışda iştirak edib.
"Biz Mustafina və Komovanın Avropa Oyunlarında iştirak edəcəklərinə ümid edirik, lakin onlar hələ yığmanın ilkin siyahısına daxil ediliblər. Əgər hər şey qaydasınca getsə, onlar bu yarışlarda çıxış edəcəklər. Lakin hələ son qərar verməyə tələsmək lazım deyil", - Rodionenko qeyd edib.
İdmançıların Avropa Oyunlarında iştirakı məsələsi iyun ayının ilk günlərində, gimnastların yarışlarının başlamasından təxminən 2 həftə əvvəl həll olunacaq.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib





































.jpg)

.jpg)