Bakı 2015
Tour d’Azerbaidjan-2015: İlk mərhələ başa çatdı
“Tour d’Azerbaidjan-2015” veloyürüşünün ilk mərhələsi başa çatıb.
Publika.az xəbər verir ki, startdan öncə iştirakçı komandaların təqdimatı baş tutub. Turun start fiti isə saat 10:30-da Dövlət Bayrağı Meydanında verilib. Ümumi uzunluğu 154 km təşkil edən mərhələyə Sumqayıtda yekun vurulub.
Bakıdan “Gənclik şəhəri”nə yollanan yürüş iştirakçıları burada şəhər marşrutu üzrə 5 dövrə vurduqdan sonra finiş xəttinə çatıblar. Mərhələnin qalibi adını Marko Kump (“Anria Mobil”, Sloveniya) qazanıb. Liderin daşıdığı göy köynəyi ələ keçirən idmançının mükafatını icra başçısı Eldar Əzizov təqdim edib. Kump həm də ən yaxı sprinterə verilən yaşıl köynəyə sahib çıxıb.
2-ci yeri Franceska Kikki (“Anria Giocattoli” - Sidermec, Italiya) tutub. Ona mükafatı Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov verib.
3-cü yeri “Synergy Baku”nun üzvü Maksim Averin tutub. Ona mükafatı atası Aleksandr Averin təqdim edib.
I mərhələnin dağa təsadüf edən hissəsində isə “Synergy Baku”nun üzvü Azərbaycan təmsilçisi Elçin Əsədov qalib gəlib. Bununla da o, qırmızı köynəyə yiyələnib. Ən gənc velosipedçinin daşıdığı bənövşəyi köynək isə Vladimir Xaraxavikə (“Minsk Cycling Club”, Belarus) verilib.
İlk mərhələdən sonra "Synergy Baku" komanda hesabında 2-ci yerdədir. Sabah "Tour d’Azerbaidjan-2015" veloyürüşün 2-ci mərhələsinin startı saat 10:30-da Veloparkdan veriləcək. Velosipedçilər 187 km məsafə qət etməklə İsmayıllıda mərhələni başa vuracaqlar.
Qeyd edək ki, "Tour d’Azerbaidjan-2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayırlar.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib





































.jpg)

.jpg)