Bakı 2015
İlk Avropa Oyunlarının idman elçisi: Güləşçi olmasaydım, çox güman ki, rəssamlığı seçərdim
İştirak etdiyim yarışlarda uğurlu nəticə əldə etmək, medal qazanmaq məni çox sevindirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı-2015” ilk Avropa Oyunlarının idman elçisi, yunan-Roma güləşçimiz Rövşən Bayramov deyib.
Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu olan Rövşən Bayramovun Olimpiya Oyunlarında iki dəfə gümüş medal qazanıb.
Pekin və London olimpiadalarında qazandığı gümüş medalların ən böyük nailiyyəti olduğunu bildirən Rövşən Bayramov yunan-Roma güləşi üzrə Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovu özü üçün örnək gördüyünü deyib: “Fərid Mansurov həm gözəl insan, həm də güclü güləşçi kimi mənim idealımdır. Rəsm çəkməyi xoşlayıram. Güləşçi olmasaydım, çox güman ki, rəssamlığı seçərdim. Sevdiyim musiqiçi isə Maykl Ceksondur.
Hər bir idmançının arzusu gərgin keçən məşqlərin nəticəsində yarışlarda medal qazanmaqdır. Bu, mənim üçün də belədir. İştirak etdiyim yarışlarda uğurlu nəticə əldə etmək, medal qazanmaq məni çox sevindirir”.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib





































.jpg)

.jpg)