Bakı 2015
“Bakı-2015” I Avropa Oyunlarının nəqliyyat planı açıqlandı
“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) tərəfdaş şirkətlər, nazirliklər və digər müvafiq hökumət qurumlarının nümayəndələrini Oyunlar zamanı tətbiq olunacaq nəqliyyat planı ilə yaxından tanış etmək məqsədilə konfrans keçirib.
Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Metropoliteni, Nəqliyyat Nazirliyi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə təşkil olunan konfrans BEGOC-un paytaxtın nəqliyyat sisteminə məsul qurumlarla əməkdaşlığını inkişaf etdirmək və şəhər əhalisinin, burada fəaliyyət göstərən şirkətlərin Oyunlar zamanı tətbiq ediləcək nəqliyyat planı haqqında məlumatlandırılmasını təmin etmək məqsədi daşıyıb.
Konfransdan sonra açıqlama verən BEGOC-un dövlət qurumları ilə inteqrasiya və nəqliyyat əməliyyatları şöbəsinin müdiri Vüsal Rəcəbli bildirib: “Məqsədimiz Oyunlar zamanı nəqliyyat sisteminin təhlükəsiz, rahat və səmərəli hərəkətini, eləcə də Bakı sakinlərinin rahatlığına, təşkilatların normal fəaliyyətinə təsirin daha az olmasını təmin etmək üçün aidiyyəti nəqliyyat qurumları ilə birgə çalışmaqdır. Bakının işgüzar dairələrindən aldığımız rəylər bizi məmnun edir. Oyunlar zamanı şəhərdə necə səyahət etmək barədə hər kəsin məlumatlandırmaq məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Baş Dövlət Yol Polisi İdarəsi, Nəqliyyat Nazirliyi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və Bakı Metropoliteni ilə bundan sonra da əməkdaşlığı davam etdirəcəyimizə ümid bəsləyirik”.
Qeyd edilib ki, Bakı Metropoliteni artan tələbatı təmin etmək üçün hər gün 19 saat - səhər saat 06:00-dan gecə saat 01:00-a qədər xidmət göstərəcək. Yarışlarda iştirak etmək üçün biletləri olan tamaşaçılar şəxsi avtomobillərini Bakının mərkəzi hissəsindəki iki avtodayanacaqda 1 manat ödəməklə saxlaya və oradan yeni, ətraf mühitə zərər vurmayan xüsusi “Ekspress” avtobuslarla yarış arenalarına gedə biləcəklər. Həmin avtobuslar Oyunların genişləndirilmiş marşrut sistemindən istifadəni mümkün edəcək. Bu sistem şəhər boyunca bütün “Bakı-2015” arenalarını birləşdirəcək və tamaşaçıların, həmçinin idmançıların arenalara tez və rahat çatmasını təmin etmək üçün hazırlanıb.
İlk Avropa Oyunları zamanı ən son məlumatları “Bakı-2015” Tamaşaçı Məlumat Mərkəzinin 2015 nömrəsi, Nəqliyyat Nazirliyinin, Baş Dövlət Yol Polisi İdarəsinin və Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifələri, habelə radio və rəsmi “Facebook” səhifəsi də daxil olmaqla Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əlaqə kanalları vasitəsilə almaq mümkündür.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib





































.jpg)

.jpg)