Bakı 2015
Olimpiya Stadionu sınaqdan keçirildi
Birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkil olunacağı Bakı Olimpiya Stadionunun mayın 9-da hazırlıq vəziyyəti sınaqdan keçirilib.
Sınaq tədbirində çıxış edən gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Azərbaycan paytaxtının belə mötəbər idman tədbirinə ev sahibliyi etməsini ölkəmizin daha bir böyük uğuru kimi qiymətləndirib. Oyunlar zamanı bütün Avropanın diqqətinin Bakıya yönələcəyini vurğulayan nazir bu böyük idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsinin və Əməliyyat Komitəsinin yorulmadan çalışdığını diqqətə çatdırıb. Azad Rəhimov hazırlıq işlərində yaxından iştirak edən könüllülərə minnətdarlığını bildirib, belə bir tədbirin təşkilində onların iştirakının həmin gənclərə böyük təcrübə qazandırdığını söyləyib.
Sonra incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Tədbirdə, həmçinin stadiona daxil olan 2015-ci şəxsin açılış mərasiminə ikinəfərlik biletlə mükafatlandırılacağı elan edilib.
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi





































.jpg)
