Bakı 2015
İlhamə: "Avropa Oyunlarından sonra isə yeni zirvələr fəth edəcəyik"
“Bakı-2015” Birinci Avropa Oyunlarına 33 gün qalır. Azərbaycan böyük bir beynəlxalq yarışa ev sahibliyi etməyə tam hazırdır. Hazırlıq prosesində iştirak edib-etməməsindən asılı olmayaraq, hər kəsin diqqəti Birinci Avropa Oyunlarına yönəlib.
Ölkəmizdə tanınmış şəxslər də bu prosesə çox fəal qoşularaq vətəndaş mövqeyi nümayiş etdirir.
"Şöhrət" ordenli, xalq artisti İlhamə Quliyeva Publika.az-a açıqlamasında hazırlıq prosesini izlədiyini və yüksək qiymətləndirdiyini deyib. O da hadisənin Azərbaycan üçün əhəmiyyətli olduğu qənaətindədir:
“Bu çox möhtəşəm və böyük bir hadisədir. Prezidentimizin zəhməti sayəsində biz dünyaya çıxırıq. Daha dəqiq desəm, biz çoxdan dünyaya çıxmışıq. Avropa Oyunlarından sonra isə yeni zirvələr fəth edəcəyik. Biz xaricdən qonaq qarşılamağa tam hazırıq. Bu hazırlıq möhtəşəm səviyyədə keçir. Biz artıq bu oyunlarla bütün Avropaya səs salmışıq. Mən bütün idmançılarımıza uğur arzu edirəm. İstəyirəm ki, xaricdən gələn əcnəbilər də bizim idmançılarımızın gücünü görsünlər. İki nəfər bu ağır yükü daşıyır. İnanıram ki, bu zəhmətin bəhrəsi də olacaq”.
İlhamə xanım, bu cür möhtəşəm hadisəni canlı olaraq izləyəcəyini də bildirib.
“Artıq tapşırıq da vermişəm ki, biletlərimi alsınlar. Açılışda mütləq olacağam. Bütün yarışları izləməyə imkan tapa bilmərəm. Buna vaxt baxımından imkanım çatmaz. Amma çalışacağam ki, çoxunda olum. İlk dəfədirki, dünyada belə bir yarış keçirilir. Özü də Azərbaycanda. Özümüzü xoşbəxt hiss etməliyik ki, azərbaycanlıyıq”.
İsa Şükürov
-
İdman16:33Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
-
Nida Xəbər 14:38Baş nazir qərar imzaladı
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi
-
Qoroskop13:10İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
-
İdman12:49DÇ-2026 zamanı şübhəli mərc - İspaniyanın bu oyununa 4,8 milyon pul qoyulubmuş
-
Dünya12:28Tramp bu ölkənin rəhbərlərini təhqir etdi - “Alçaqlar və dəlilər”
-
Nida Xəbər 12:00Əli Əsədov qərar imzaladı
-
Dünya11:40Hamı buna hazırlaşır: İki il sonra üçün bütün otellər tutulub - Nə baş verəcək?















.jpg)
























