Bakı 2015
Əbdül Mahmudbəyli: “Bütün dünyanın gözü bizə dikiləcək”
Tanınmış kinorejissor Əbdül Mahmudbəyli Azərbaycanda keçirilən “Bakı 2015” Avropa Oyunlarının əhəmiyyətindən danışıb.
Publika.az-a açıqlama verən rejissor Avropa Oyunlarının Azərbaycanın dünya ölkələri sırasında yerini, mövqeyini daha da möhkəmləndirəcəyini bildirib: “Dünya ölkələri Azərbaycanı bir daha yaxından tanımaq imkanı qazanacaq, ölkəmizin dünyada mövqeyi daha da möhkəmlənəcək”.
Rejissorun fikrincə, bu yarışların Azərbaycan üçün əhəmiyyətini hər kəs dərk edir:
“Dünya səviyyəli bir yarışmanın ilk dəfə ölkəmizdə keçirilməsi xalqımız üçün qürurverici hadisədir. Tarixən Azərbaycan xalqı öz qonaqpərvərliyi, mədəniyyəti, adət-ənənəsi, folkloru, tarixi abidələri, milli mətbəxi ilə fərqlənib və öyünüb. Bu gün əlimizə düşən bu fürsəti layiqincə dəyərləndirib öyündüyümüz hər nə varsa - mədəniyyətimizi, mətbəximizi, folklorumuzu, qonaqpərvərliyimizi nümayiş etdirməliyik. Axı bu, təkcə bir idman yarışışması deyil, eyni zamanda mədəniyyət hadisəsidir. Biz əcnəbi qonaqlar qarşısında mədəni və qonaqpərvər xalq olduğumuzu bir daha sübut etməliyik”.
Əbdül Mahmudbəyli onu da bildirib ki, dünyada ilk dəfə keçirilən bu beynəlxalq tədbir hələ neçə illər danışılacaq:
“Ölkəmizdə bu möhtəşəm tədbir keçirilən zaman bütün dünyanın gözü bizə dikiləcək, hər kəs Azərbaycandan danışacaq. Nəticədə beynəlxalq aləmdə nüfuzumuz daha da artacaq”.
Cəvahir
-
Rəsmi xronika13:47Prezident Özbəkistana yeni səfir təyin etdi
-
Qoroskop13:10İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
-
İdman12:49DÇ-2026 zamanı şübhəli mərc - İspaniyanın bu oyununa 4,8 milyon pul qoyulubmuş
-
Dünya12:28Tramp bu ölkənin rəhbərlərini təhqir etdi - “Alçaqlar və dəlilər”
-
Nida Xəbər 12:00Əli Əsədov qərar imzaladı
-
Dünya11:40Hamı buna hazırlaşır: İki il sonra üçün bütün otellər tutulub - Nə baş verəcək?
-
Avropa11:07İyun istiləri Britaniya iqtisadiyyatına neçəyə başa gəlib? - Ağır günlər irəlidədir
-
Rəsmi xronika10:53İlham Əliyev özbəkistanlı həmkarına zəng etdi








































