Bakı 2015
Leonid Slutskiy: “Bakı I Avropa Oyunlarını peşəkarcasına keçirəcək”
“I Avropa Oyunlarının Bakıda keçirilməsi olduqca dəyərlidir. Çünki bu oyunlar ilkdir və uzun illər tarixdə qalacaq. Təqdirəlayiq haldır ki, beynəlxalq Olimpiya Komitəsi və Avropa olimpiyaçıları bu oyunlar üçün Bakını seçdi”.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Dumasının komitə sədri
Leonid Slutskiy deyib.
Onun sözlərinə görə, Rusiyada Azərbaycanı sevirlər və I Avropa
Oyunlarının Bakıda keçirilməsini dəstəkləyirlər.
“Əminəm ki, Bakı bu oyunları sistemli və peşəkarcasına keçirəcək.
Gərgin iş qrafiki azalacağı təqdirdə biz də bu oyunları izləmək
üçün Bakıya uçacağıq və əla təşkil olunmuş Avropa oyunlarına tamaşa
edəcəyik”, - deyə o bildirib.
Duma üzvü Azərbaycanda idmanın inkişafında rəhbərliyin xidmətinə
xüsusi diqqət çəkib: “Prezident İlham Əliyev idmana çox diqqət
ayırır. O, öz ailəsi və öz xalqının daha sağlam gələcəyi üçün
çalışır. Azərbaycan liderinin bu imici I Avropa Oyunlarının Bakıda
keçirilməsi haqda qərara da təsir etdi. Mən Azərbaycan
Prezidentinə, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya
Komitəsinə uğurlar arzulayıram. I Avropa Oyunlarının açılışına bir
neçə həftə qalıb və mən əminəm ki, hər şey çox yaxşı olacaq. Avropa
Oyunları bundan sonra da keçiriləcək. Lakin mən əminəm ki, biz
həmişə Avropa Oyunlarının paytaxtında – günəşli Bakıda
görüşəcəyik”.
Asif Nərimanlı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Digər13:15Hərbçilər tunellərdə SES işçilərini axtarırlar - 934 nəfər yoxa çıxıb
-
İdman13:06Litva səfirindən Qurban Qurbanova dəstək: "Belə irs daim yaşayır!”
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto























.jpg)











.jpg)

.jpg)