Bakı 2015
Baş məşqçi: “Komanda tam hazırdır”
Yunan-Roma güləşi üzrə yığma komanda I Avropa Oyunlarına hazırlığı Xaçmaz Olimpiya İdman Kompleksində davam etdirir. Mayın 7-dən başlayan təlim-məşq toplanışında baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi ilə yığmanın bütün üzvləri iştirak edir.
Publika.az xəbər verir ki, təlimlərə ümumilikdə 30-a yaxın güləşçi dəvət olunub. Bununla yanaşı, məşqlərin səmərəsini artırmaq üçün üç gürcü pəhləvan da təlimlərə cəlb olunub. Məşqçilər korpusu gündə iki dəfə keçirilən məşqlərdə əsasən texniki hazırlıqlara üstünlük verir.
Baş məşqçi Cəmşid Xeyrabadi yığma komanda üzvlərinin həm taktiki, həm də texniki baxımdan tam hazır olduqlarını bildirib: "Həm öz adımdan, həm bütün məşqçilər heyəti adından deyə bilərəm ki, komanda tam hazırdır. Azarkeşlər bizdən yüksək nəticələr gözləyirlər. Var gücümüzlə çalışırıq ki, yüksək əyarlı medallar, qızıl medallar qazanaq və bütün Azərbaycanı sevindirək".
Komandanın böyük məşqçisi Nurəddin Rəcəbov bildirib ki, birinci Avropa Oyunlarına təxminən bir ay vaxt qaldığından fiziki təlimləri azaldaraq əsasən döşək üzərində fərdi məşqlər keçirilir. “Fevralda keçirilən dünya kuboku yarışlarında güləşçilərimiz qalib gəldiklərindən birinci Avropa Oyunlarına da çox iddialı qatılacaqlar. İdmançılarımızın hazırlığı yüksək səviyyədədir. Bunun müqabilində biz də əlimizdən gələni edirik ki, qatıldığımız hər bir yarışda yüksək yerlər qazanaq. Güləşçilərimiz ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarında iştirakın məsuliyyətini tam dərk edirlər. Onların hər biri fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa iddialıdır”.
Qeyd edək ki, təlim-məşq toplanışı mayın 17-dək davam edəcək.
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL




































.jpg)
