Bakı 2015
Əməkdar artist: “Öz qonaqpərvərliyimizi elə nümayiş etdirməliyik ki, əcnəbi qonaq heyrətlənsin”
Əməkdar artist, tanınmış aktrisa Nübar Novruzova Azərbaycanda keçirilən "Bakı-2015" Avropa Oyunlarının ölkəmizin dünyada tanıdılması istiqamətində böyük rol oynayacağını deyib.
Publika.az-a açıqlama verən əməkdar artist “Bakı-2015”i izdihamlı bayram tədbiri kimi qiymətləndirib:
“Avropa Oyunları yalnız idman yarışması demək deyil. Enyi zamanda mədəniyyətimizin, tarixi abidələrimizin, milli kulinariyamızın – bir sözlə ölkəmizin, təbiətimizin daha yaxından tanıdılması deməkdir. Evimizə bir qonaq gələndə qarşılanması ilə bağlı öz təəssüratını gedib başqa yerlərdə danışır. Əcnəbi qonalar da böyük evimizə-Azərbaycana gələcək. Ölkəmiz haqqında təəssüratlarını gedib öz ölkələrində danışacaqlar. Biz də öz növbəmizdə qonaqları elə qarşılamalıyıq, elə pişvazlarına çıxmalıyıq ki, uzun müddət sözləri-söhbətləri Azərbaycanla bağlı olsun. Biz öz qonaqpərvərliyimizi elə nümayiş etdirməliyik ki, əcnəbi qonaq heyrətlənsin. Axı biz buna qadir xalqıq”.
Aktrisa onu da bildirib ki, ölkəmizdə keçirilən ilk Avropa Oyunları Azərbaycanın yerini dünyanın güclü dövlətləri sırasında daha da möhkəmləndirəcək:
“Mən beynəlxalq tədbirin ölkəmizdə keçirilməsindən qürur hissi keçirirəm. Yadımdadır ki, Nigarla Eldar “Eurovision” yarışmasında birinci olanda mən uşaq kimi qışqırırdım. Hətta eyvanda şarlar partladırdım”.
Cəvahir
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL




































.jpg)
