Bakı 2015
Roza Zərgərli: "Avropa Oyunları haqq səsimizin dünyaya çatdırılmasında çox işlər görəcək"
“Bakı-2015” Birinci Avropa Oyunlarına 29 gün qalır. Azərbaycan böyük bir beynəlxalq yarışa ev sahibliyi etməyə tam hazırdır. Hazırlıq prosesində iştirak edib-etməməsindən asılı olmayaraq, hər kəsin diqqəti Birinci Avropa Oyunlarına yönəlib.
Ölkəmizdə tanınmış şəxslər də bu prosesə çox fəal qoşularaq vətəndaş mövqeyi nümayiş etdirir.
Müğənni Roza Zərgərli Publika.az-a açıqlamasında hazırlıq prosesini izlədiyini və yüksək qiymətləndirdiyini deyib. O da hadisənin Azərbaycan üçün əhəmiyyətli olduğu qənaətindədir:
“Bir azərbaycanlı kimi fəxr edirəm ki, vətənimdə belə tədbir keçirilir. Bununla yalnız qürurlanmaq olar. Bu, tarixi hadisədir. Dünyada ilk dəfə olaraq baş tutan Avropa Oyunları Azərbaycandan başladı. Bu tədbir Azərbaycanımın tanıdılmasında, haqq səsinin dünyaya çatdırılmasında çox işlər görəcək. Hər birimiz əlimizdən gələni etməliyik ki, vətənimizə gələn idmançılar və qonaqlar Azərbaycandan məmnun getsinlər”.
Baş tutacaq oyunları isə müğənni ailəsi ilə birlikdə izləyəcək:
“İdmanın avarçəkmə növünə marağım var. Çox istərdim həmin yarışları canlı izləyim. Bakıda baş tutacaq oyunlara və açılış mərasiminə artıq övladlarım bilet alıb. Möhtəşəm açılış mərasimini ailəliklə izləyəcəyik”.
İsa Şükürov
-
Avropa15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı
-
Avropa15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq
-
MDB14:55Putin ad gününü onlarla keçirdi
-
Maraq dünyası14:18Tarakan Xalq Partiyasının rəhbəri azadlığa çıxdı
-
Magazin212:21Stetxemin sevgilisi ideal bədən quruluşunu nümayiş etdirdi - Foto
-
Magazin112:05Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Foto
-
İdman10:24Günün oyunları - Afişa
-
MDB10:04Data mərkəzi və yük gəmisi vuruldu
































.jpg)




