O bədəvi oğlu: Müəmmər Qəzzafinin gerçək bioqrafiyası
Bizi izləyin

Bilgi.az

O bədəvi oğlu: Müəmmər Qəzzafinin gerçək bioqrafiyası

O bədəvi oğlu: Müəmmər Qəzzafinin gerçək bioqrafiyası

(Yazının əvvəli ilə burada tanış olun: Qəzzafi və beynəlxalq neft şirkətləri – Bir qətlin tarixçəsi http://publika.az/p/11908)

Ərəb Şərqində az-az liderlər olub ki, Liviya inqilabı­nın rəhbəri, polkovnik Məhəmməd Salim bən Xalid bən Mu­həm­­məd Əbu Mənyar Əl-Qəzzafi kimi haqqında ziddiy­yətli xə­­bərlər yayılsın. Bəziləri onu görkəmli şəxsiyyət, bir başqaları isə dəlisov siyasi populist adlandırmışlar.

Bəs, əsl həqiqətdə Müəmmər Qəzzafi kimdir, nəyə görə Qərb ölkələri bu liderin əleyhinə qalxmışdılar. Məhz bu sual­la­ra kitabımızda cavab axtaracağıq.

Bu bədəvi oğlu Liviyada özlərini evlərindəki kimi hiss edən ame­rikan, ingilis, fransız və italyan müstəmləkəçiləri tərəfin­dən etibarlı mühafizə olunan, monarxiya rejiminə qarşı üsyan ha­zırlayan və onu həyata keçirənlərdən biri olmuşdu.

M.Qəzzafi 1969-cu ildə devrilmiş, "despotizm xarabalıqları üzərin­də", orta əsr qalıqlarının yükü altında batıb qalmış, sonradan camahiriyyə adlandırdığı vətənini kütlələrin azad, müstəqil, çiçəkləyən bir dövlətinə çevirməyə and içmişdi.

O, öz uşaqlıq və gənclik illərini xatırlayarkən qeyd edirdi:

-Mən müasir dövrün zəhərli ənənələrinə yoluxma-muş təmiz bir mühitdə böyümüşəm. Xalqımın müs-təmləkə zülmü altında ya­şadığı şəraiti, keçirdiyi məşəqqətləri dərk etmişəm. Bizim cə­miyyətdə gənclər yaşlı insanlara hörmətlə yanaşırdı; biz xeyir və şəri ayırd etməyi bacarırdıq.

M.Qəzzafi 1942-ci ildə Liviyanın keçmiş paytaxt şəhərləri Tripoli və Benqazi arasında, demək olar ki, onların ortasında yerləşən, Aralıq dənizi sahilindəki kiçik Sirt kəndindən 30 km cənubda bir bədəvi köçündə dünyaya göz açmışdı. Gələcək Liviya liderinin uşaqlıq illəri burada, kristal təmiz havası və nağıllı ilğımı ilə, səssiz sakitliyi, eləcə də qəddar küləkləri və xışıltılı qumları ilə dolu olan səhrada keçmişdi. Babası ona italyan müstəmləkəçilərilə döyüşlərdən, atası və anası bədəvi həyatına aid tarix-çələrdən danışmışdı; o isə həmyaşıdları ilə əks-sədası bədəvi çadırlarına qədər gəlib çatan "müharibə" oyunu oynamışdı.

Gələcək Liviya liderinin anadan olduğu 1942-ci ildə Afri­ka­nın şimalında ingilislərə qarşı döyüş aparan italyan-alman qo­şun­­ları Benqazi və Tobruk şəhərlərini zəbt edərək Misirə doğ­ru hərəkətə keçdilər. Yalnız İsgəndəriyyədən 100 km aralı­da - Əl-Alameyndə ciddi məğlubiyyətə uğradıqdan sonra faşistlərin qar­şısı alındı. Onlar qərb istiqamətində geri çəkilməyə baş­la­dı­lar. 1943-cü ildə Liviya faşist qoşunlarından təmizləndi. İkinci Dün­ya Müharibəsi illərində Liviya ərazisində 127 döyüş baş verib, ölkənin kənd və şəhərləri 3128 dəfə bombardmana mə­ruz qalıb, faşistlər çıxıb gedəndən sonra torpaqlardan 100 min mina çıxarılıb.

Liviyadakı italyan və alman korpuslarını darma-dağın edən müttəfiq qoşunlarının özləri isə bu ölkə-dən çıxmağa tələs­mir­di­lər. İngilislər Tripolitaniya və Kirenaika, fransızlar isə Fets­tsan üzərində nəzarəti ələ keçirdilər. Oraya – sahilboyuna və səh­­raya, "Livi-ya tortunun" bölüşdürülməsinə şərik ola bil­mə­yən daha bir müttəfiq – Amerika Birləşmiş Ştatları da can atır­dı. Bütün bu beynəlxalq oyunçuların xeyir-duası ilə oyun­caq monarxiya rejimi Liviyada yaradıl-dı. Lakin bu oyuncaq mo­narxiya rejiminin ömrü çöx sürmədi.

1969-cu il sentyabrın 1-də səhər tezdən Qəddafinin başçılığı ilə, üsyana hazırlıq ərəfəsində yaradılmış, tərkibində 12 zabitin olduğu İnqilabi Komandanlıq Şurasının (İKŞ) rəhbərliyi altın­da silahlı dəstələr eyni vaxtda Benqazi, Tripoli və ölkənin digər şəhərlərinə irəliləməyə başladılar. Onlar tez bir zamanda əsas dövlət və hərbi obyektlər üzərində nəzarəti ələ keçirdilər. Ame­ri­ka bazalarının bütün girişləri əvvəlcədən bağlanılmışdı.

Həmin gün radio ilə çıxış edən Qəzzafi ölkədə monar­xi­ya­nın devrildiyini elan etdi.

-İnqilab, - o, bildirdi, - bütün vətəndaşlara azadlıq, birlik, so­si­al ədalət və bərabərhüquqluluq prinsipləri əsasında rəh­bər­lik edəcək.

Həmin vaxt məlumat verildi ki, ali hakimiyyəti müvəqqəti olaraq İKŞ həyata keçirəcək. Lakin onun say və ad tərkibi uzun müddət bildirilmədi. Həmçinin bu ali hakimiyyət or­qa­nına kimin başçılıq etdiyi də heç kəsə bəlli deyildi.

Yalnız çevrilişdən iki həftə sonra 27 yaşlı Müəm-mər Qəzza­­fi rəhbər və İKŞ-nin sədri elan edildi. Eyni za­man­­da ona polkovnik rütbəsi verilməsi xəbəri də yayıldı.

İKŞ-nin digər üzvləri isə yalnız 1970-ci il yanvarın 10-da elan olundu. Hələ yeni rejimin möhkəmlənmədiyi və digər rəhbərlərin adlarının açıqlanmadığı bir neçə həftə ərzində Liviyada ak­kre­di­tə olunmuş diplomatlar, jurnalistlər, həmçinin xarici ölkə­lə­rin işgüzar və hərbi dairələrinin nümayəndələri çevrilişin təş­ki­latçıları barədə "həqiqi fatehlər" kimi ifadələr (bir-birindən fantastik) və ən müxtəlif variantlar irəli sürürdülər. Rusların, MKİ-nin, nasirçilərin adlarını hallandırırdılar…

Burada o da qeyd olunmalıdır ki, Vaşinqton və onun müt­tə­fiqləri Qəzzafi və onun silahdaşlarını uzunmüddətli ciddi proq­rama, ölkə daxilində geniş sosial bazaya, eləcə də ərəb dün­yasında siyasi nüfuza malik olmayan əyalət zabitləri kimi gö­rürdülər. ABŞ və İngiltərə hərbi və siyasi iştirakları ilə Livi­ya­da keçici müvəqqəti amillərdən istifadə edərək təcrü-bəsiz, gənc ölkə rəhbərlərinə təzyiq göstərmək niyyə-tində idilər. Bu əsas­la da onlar sonradan həmin rəhbərlərlə "ümumi dil" tap­ma­ğa ümid edirdilər.

Lakin onların bu düşündükləri öz yerini tutmadı. Liviya çevrilişinin antiimperialist istiqaməti artıq yeni rejimin mövcudluğunun elə ilk aylarında özünü olduqca qabarıq göstərdi.

BMT Baş Məclisinin 1969-cu il oktyabrın 7-də ke­çi­ri­lən 24-cü sessiyasında Liviyanın daimi nümayəndəsi öz tor­paq­la­rından bütün xarici ölkə bazalarının çıxarılması barədə livi­ya­lıların məqsəd-lərini bəyan etdi. Bunun ardınca Liviya rəh­bər­liyi mövcud müqavilələrin ləğv edilməsi barədə ABŞ və İn­gil­­tərə səfirlərini məlumatlandırdı.

Demək olar ki, elə eyni vaxtda ölkə iqtisadiyyatının möv­qe­yi­nə xarici kapitalın hücumu başladı.Liviya çevrilişi ilkin yekunları və yaxın vəzifələri ilə, həm­çi­nin 1969-cu il dekabrın 11-də elan edilmiş Müvəqqəti konsti­tu­si­ya bəyannaməsi ilə daha da möhkəmləndi. İslam rəsmi dövlət dini elan edildi. İnqilabın ən başlıca məqsədlərindən biri "din, mənə-viyyat və vətənpərvərlik" əsasında sosializm qurulma­sın­dan ibarət idi. Qəzzafi və onun silahdaşları göstərilən məqsədə "sosial ədalətin təmin edilməsi, istehsalın yüksək səviyyəsi, bü­tün növ istismarın aradan qaldırılması və milli sərvətlərin əda­lət­li bölüş-dürülməsi" yolu ilə çatmaq niyyətində idilər.

İnqilabi Komandanlıq Şurası Nazirlər Kabinetini təyin et­mək, müharibə elan etmək və müqavilələr bağlamaq, qanuni gü­cə malik dekretlər nəşr etmək hüququ olan cəmiyyətin siyasi təşkilatının əsas iş funksiyalarını paylaşırdı. Həmin funksiya­lar dövlətin daxili aləmi və xarici siyasətinin əsas aspektləri idi. İKŞ-nin sədri Qəzzafi Liviya Ərəb Respublikasının başçısı təyin edildi...

:Adıgözəl Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm