Ölümsüzlük axtaran Çingiz xan çinli alimə nə yazıb? - TARİXİ MƏKTUB
Bizi izləyin

Bilgi.az

Ölümsüzlük axtaran Çingiz xan çinli alimə nə yazıb? - TARİXİ MƏKTUB

Ölümsüzlük axtarışında olan Çingiz xan 1219-cu ildə dövrünün böyük Çin alimi Çanq Çuna məktub yazaraq onu hüzuruna dəvət edir. Çingiz xanın məktubunu oxuyan çinli alim ona cavab yazır. Necdet Bayraktaroğlunun araşdırmalarından əldə etdiyimiz hər iki məktubu təqdim edirik:

Çingiz xanın yaşlı vaxtları idi. Həmin dövrdə də Çində Tao inancına söykənən din vardı. Həyatını həmin dinə həsr edən Çinin böyük alimlərindən olan Çanq Çun əbədi həyatı tapmaq üçün öz dini inancını yaşayırdı. Çingiz xan alimin yaşamını araşdırandan sonra düşünüb ki, o sehribaz ola bilər. Ancaq buna baxmayaraq, alimi həm Çingiz xan, həm də Çin imperatoru öz tərəfinə çəkməyə səy göstərirdilər. Lakin alim də ona edilən təklifləri rədd edərək Çantuq dağlarına xəlvətə çəkilir. Çingiz xan isə alimlə görüşüb onun inanc və fikirləri ilə tanış olmaq istəyində idi. Bu məqsədlə də çinli alimlərin də müşayiəti ilə 1219-cu ildə alimə belə bir məktub göndərir:

"Ulu Tanrı Çindən əlini çəkib, səbəbi isə Çinin lovğalıq etməklə bərabər, israfçılıq edərək dəbdəbəli həyat sürməsidir. Halbuki Şimalın ucsuz-bucaqsız çöllərində mənim zərrə qədər gözüm yoxdur. Dəbdəbəli həyat sürməkdən nifərt edirəm və ölçülü-biçili hərəkət edərəm. Mənim ancaq bir tikə çörəyim və bir çuxam var. Çobanlarım kimi sadə yeyər və sadə geyinərəm. Bütün xalqı övladlarım kimi sevirəm. Məharəti olanlarla da qardaşım kimi davranıram. Əsgərlərlə təlimlərdə hər zaman ön cərgədə oluram və döyüşdə də heç vaxt geridə qalmıram. Yeddi il ərzində böyük bir əsər yaratmağa müvəffəq olub, bütün dünyanı bir imperatorluqda birləşdirdim. Şəxsən özümü də bir o qədər qabiliyyətli hesab etmirəm. Lakin Çin hökuməti xaindir. Buna görə Ulu Tanrı taxtlarını ələ geçirməkdə mənə kömək edir. Cənubda Sunq, Şimalda HuiHuo, Şərqdə Hsia, Qərbdə barbarlar hakimiyyətimi qəbul ediblər. Mənə elə gəlir ki, Hunlardan sonra Asya belə geniş imperatorluq görməyib. Tutduğum yol uca bir yoldur, ancaq çiynimi verdiyim iş ona nisbətən çox ağırdır. Buna görə də idarəetmədə bir sıra nöqsanların olmasından qorxuram. Bir çayı keçmək üçün qayığa nə qədər ehtiyac varsa, dövləti idarə etmək üçün də təcrübəli, kamal sahibi olan şəxslərə ehtiyac var. Taxta çıxdığım gündən xalqımın idarə edilməsi məsələsində narahatam. Fəqət üç və doqquzların yerlərini tutan adamları tapa bilmirəm. Eşitdiyimə görə, həqiqəti əxz edərək doğru yolda irəliləyirsiniz. Kəramətiniz sayəsində bütün insaların uca xüsusiyyətlərini bilirsiniz.

Əlinizi dünyadan çəkib uzun müddət mağaralarda yaşadınız, fəqət, kəramət sahibi olan insanlar belə, hissə-hissə sizin yanınıza gəlirlər. Çanqutda olduğunuzu bilirəm. Sizi unutmasam da, lakin yüksək dağlar və ovalar bizi bir-birimizdən ayırıb. Sizinlə görüşməyə imkan yoxdur. Gəlsəydiniz taxtımdan enib yanında duraram. Su ilə təmizlənib oruc tutdum. Aramızda olan məsafədən çəkinmə, müqəddəs ayaqlarını tərpətmən üçün sənə yalvarıram. Qum çölləri səni narahat etməsin. Xalqın bügünkü vəziyyətinə baxıb mərhəmət edin. Halıma acıyın, ölümsüzlüyün sirrini mənə deyin, şəxsən xidmətində özüm duracam. Söyləyəcəyin tək bir söz məni xoşbəxt edəcək. Fikirlərimi məktubum vasitəsilə göndərir və məni anlayacağına ümid edirəm."

Yaşlı alim məktubu oxuduqdan sonra Çingiz xana belə bir cavab yazır:

"Uca fərmanınızı aldım. Bəyan edirəm ki, dəniz sahilinin yaxınlığında yaşayan xalq qabiliyyətsiz insanlardır. Mən də etiraf edirəm, dünya işlərindən bir o qədər anlamıram. Lakin Taonun tədqiqatı ilə bağlı imkanım daxilində buna baş vursam da ancaq müvəffəq olmamışam. Qocalmışam, ancaq ölməmişəm. Şöhrətim hər ölkəyə yayılıb, fəqət müqəddəsliyimə gəldikdə isə mənim də adi insanlardan bir fərqim yoxdur.

Daxilimə baxdığım zaman özümdən utanıram. Mənim gizli düşüncələrimi kim bilir? Sizdən əvvəl Kin və Sunq imperatorluqlarından dəvət alsam da getmədim. Fəqət, indi Moğol sarayından gələn ilk dəvəti qəbul etməyə hazıram. Nə üçün deyəcəksiniz? Çünki Tanrı sizə indiyə qədər görülməyən və bundan sonra da görülməyəcək bir mərdlik verib. Çin xalqı və barbarlar sizin hakimiyyətinizi qəbul ediblər. Mən də hüzurunuza çıxmaq üçün qar fırtınalarına sinə gərərək gəlməyə qərar verdim."

Bir il sürən uzun və yorucu səfərdən sonra alim Çanq Çun, Çingiz xanla İndüs sahillərində görüşür. Çingiz xan alimi qarşılayaraq ona: "Möhtərəm ustad, uzaq yollardan gəlmisən. Ölməmək üçün əlində dərmanın varmı?" – deyincə, alim:

"Hayatı uzatmaq üçün çarə var, lakin ölümə çarə yoxdur" – deyir.

Söhbətləri zamanı Çanq Çun Çingiz xana həyatın necə yaşanmasını və ömürü uzatmaq üçün nələr edilməsinin vacib olduğunu anlatdı. Alimin sözlərinə görə, insanlar 130 yaşına kimi yaşaya bilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm