Leonardonun “sonuncu şam yeməyi”
Bizi izləyin

Bilgi.az

Leonardonun “sonuncu şam yeməyi”

Leonardo da Vincinin hər bir əsəri və ixtirası barədə əsrlərdir danışılır. Belə ki, onun əsərləri və həyatı haqqında araşdırmaların, sirlərin ardı-arası kəsilmir. Dahinin "Sonuncu şam yeməyi" isə maraq oyadan, heyranlıq duyulan əsərlərinin başında gəlir.

Bu səbəbə görə də Publika.az Davinçinin "Sonuncu şam yeməyi" haqqına maraqlı məlumatları sizlərə bölüşür:

Leonardo təxminən 1495-ci ildə işləməyə başladığı bu əsəri 1498-ci ildə tamamlayıb.

Uzunluğu 4.5 metr, eni isə 8.8 metr olan bu əsər sərt və quru divar üzərində işlənib və bu səbəbdən də o əsil freska deyil. Leonardo o zamana qədər mövcud olan freska yaradıcılığı ənənələrindən kənara çıxaraq daş divarın səthini yonaraq hamarlaşdırıb, gesso və mastika ilə üzlədikdən sonra, tempera ilə həmin səthi sərtləşdirib. Məhz bu səbəbdən də Leonardonun əsəri tamamlamasından bir neçə il sonra o artıq xarab olmağa başlayıb. İkinci Dünya Müharibəsində isə şəkilin pozulma prosesi daha da sürətlənib. Nəhayət, 1980-ci ildə başlayan və 19 il davam edən bərpa işinə başlanılıb. Bu işin sonunda isə şəkilin orijinal halından əsər qalmayıb.

Da Vinçinin "Sonuncu şam yeməyi" eyni zamanda Rəbbin Sürfəsi ayininin doğuşunu təmsil edir. Yəni Həzrəti İsanın tutulub, çarmıxa çəkilməsindən əvvəl tələbələri ilə yemək süfrəsini göstərən bu əsərdə Da Vinçi İsanın insanlıq üçün qurban edilməsinin, yəni Rəbbin Sürfəsi ayininin doğuşunu göstərir. Bir stəkan qırmızı şərab İsanın qanını, çörək isə bədənini simvollaşdırır.

Əsərdə İsanın xəyanət barədə xəbərini alan həvarilərin üzündəki təəccüb xüsusilə vurğulanmış, nəzərə çarpacaq şəkildə təqdim edilib. Hər bir həvarinin üzündə özünəməxsus qəzəb, təəccüb dolu baxışlar təsvir olunub. Soldan sağa doğru Müqəddəs Varfolomey, Müqəddəs Yakov və Müqəddəs Andrey qrup şəklində təəccüblü simalarla göstərilib. İuda İskariot, Müqəddəs Pyotr və Həvari İoann isə bir üçlükdə təsvir edilib. Da Vinçinin, Yəhudada həqiqiliyə inanılması üçün real günahkar istifadə etmiş olduğu Həzrəti İsanın sağında olan Tomasın barmağının səmanı işarə etməsinin isə İsanın göyə yüksəlməsinə bildirdiyi düşünülür. Şəkildə Yəhudanın qarşısına tökülən duz, onun xəyanətini təmsil etdiyini göstərir. Balıq da eyni şəkildə şərh edilir. Əgər bu bir ilan balığıdırsa Həzrəti İsaya olan inamı, siyənək balığıdırsa bu İsaya inanmamağı təmsil edir.

Sabrina Sforza Galitzia adlı Vatikan araşdırmaçısı, əsərin Da Vinçinin dünyanın sonunu təsvir etdiyi fikrini irəli sürüb. Şəkildəki astroloji və riyazi işarələrə əsasən dünyanın sonu 4006-cı ilin 21 mart - 1 noyabr tarixləri arasında reallaşacaq.

Əsər bir çox şəklə ilham qaynağı olub. Bunlardan ən məşhurları Salvador Dalinin "The Sacrament of the Last Supper" adlı əsəridir.

Milanda "Santa Maria delle Grazie Bazilika"da olan əsəri görmək istəyənlər 5 ay əvvəldən bilet almalıdır.

Əsəri hər hansı bir muzeydə görmə şansınız, habelə onun heç bir kopiyası yoxdur.

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm