Bilgi.az
4000 il öncə ölən, amma hələ də YAŞAYAN İNSANLAR – DƏHŞƏTLİ FOTOLAR
Min illərdir ki, ölən insanların bədənlərini qorumaq üçün müxtəlif yollardan istifadə edilir. Bu vasitələrdən ən geniş yayılmışı mumiyalamadır. Mumiyalanma cəsədləri hər nə qədər çürüyüb dağılmadan saxlasa da, yenə də ölən şəxsin bu qədər canlı görünməsi insanı dəhşətə gətirir.
Publika.az illər öncə ölməsinə baxmayaraq bu günə qədər qorunan ən məşhur insan cəsədlərini təqdim edir:
Vladimir Lenin (1870 - 1924) - RUSİYA
Bu, qanlı-canlı görünən, ancaq ruhu çoxdan bədənini tərk etmiş olan adam dünya tarixinin yaxından tanıdığı siyasətçi - Lenindir. Ölümündən sonra Rusiya dövləti tərəfindən mumiyalanan bədəni müəyyən vaxtlarda müayinədən keçirilir və üzərindəki paltar hər beş ildə bir dəyişdirilir.
Evita Peron (1919 - 1952) - ARGENTİNA
Keçmiş Argentina prezidenti Juan Peronun ikinci həyat yoldaşı olan Eva "Evita" Peron, Argentina tarixinin ən sevilən qadınlarının başında gəlir. 1952-ci ildə xərçəngdən ölən Evita Peronun bədəni, habelə daxili orqanları çürüməyəcək şəkildə mumiyalanıb. Mumiyalama prosesi bir il davam edib.
Rosalia Lombardo (1918 - 1920) - İTALİYA
1920-ci ildə sətəlcəmdən ölən bu kiçik qız atası General Lombardonun əmri ilə mumiyalanıb. Bu mumiyaya "yatan gözəl" adını verənlər də var.
Lady Xin Zhui (ölümü e.ə. 163-cü il) – ÇİN
Sahib olduğu şöhrətə ölümündən iki min il sonra çatan Lady Xin Zhui tarixin ən yaxşı qorunmuş mumiyası olaraq qiymətləndirilir. Onun belə adlandırılmasının səbəbi isə görünüşündən çox fiziki bütövlüyüdür. Çünki, bu qadının beyni də daxil olmaqla, bütün orqanları hələ də dağılmayıb. Lady Xin Zhui yarılanda qadının həddindən artıq kilolu olduğu, bel ağrısı çəkdiyi və ürək xəstəsi olduğu aydın olub. O, bilinən ən köhnə ürək xəstəsi hesab edilir.
Xiaohenin Gözəlliyi (3800 il əvvəl) - ÇİN
Xiaohenin Gözəlliyi 2003-ci ildə Çində aparılan qazıntılarda aşkar edilib. O, ən yaxşı qorunan mumiyalardan biridir. Mumiyaya bu adın verilməsinin səbəbi isə, qadının təbii gözəlliyinin keçən 4000 ilin ardından hələ də dəyişməməsidir.
Corc Mallory (1886 - 1924) - İNGİLTƏRƏ
Everestin yamaclarında üzü üstə yatan bu adam tarixin əhəmiyyətli adlarından olan Corc Mallorydir. Onu məşhur edən isə partnyoru Andrev İrvin ilə birlikdə dünyanın ən yüksək dağına dırmaşan ilk insanlar olmasıdır. 75 il ərzində xəbər alına bilməyən Mallorynin bədəni 1999-ci ildə Everestin yamaclarında, çox yaxşı qorunmuş halda tapılıb.
II Ramzes (e.ə. 1303-1213) - MİSİR
"Böyük" adlandırılan Ramzes qədim Misirin ən məşhur fironu sayılır. Onun hakimiyyəti zamanı Misir özünün çiçəklənən dövrünü yaşayıb. II Ramzesin mumiyasının boğaz hissəsində 7 santimetrlik dərin bir bıçaq kəsiyi olub.
Buz Adam Ötzi (e.ə. 3300-3255) - İTALİYA
53 əsr əvvəl yaşamış biri olan Buz Adam Ötzinin bədəni 1991-ci ildə tapılıb. O, Avropanın ən yaxşı qorunmuş təbii mumiyasıdır.
Tutanxamon (e.ə. 1341-1323) - MİSİR
Misir fironu Tutanxamon məzarı 1922-ci ildə açılıb və bədəninin olduğu kimi qorunduğu ortaya çıxıb. Tutanxamon üzərində edilən mumiyalama əməliyyatı Misir tarixinin ən müvəffəqiyyətli mumiyalaması hesab olunur.
Dilrubə Vaqifzadə
-
Qarabağ 13:28
“Yaxşı, Qarabağ Azərbaycan deyil...” - Paşinyandan yeni açıqlama
-
Dünya12:56
Bu iki ölkənin Əsəd üçün “Sezar” planı: bölgədə hər şey dəyişəcək
-
Cənubi Qafqaz12:50
Paşinyan tapşırıq verdi: sensasion siyahı hazırlanır - Yeni qalmaqal olacaq
-
Nida Xəbər 12:23
ABŞ-ın Azərbaycandakı səfiri istefa verdi
-
İdman11:45
"Çelsi"nin əfsanəsi qızının çılpaq görüntülərindən narazılıq etdi: Ona deyirəm ki... - FOTO/VİDEO
-
Hadisə11:35
Sumqayıtda güclü partlayış: axtarış-xilasetmə əməliyyatı sona çatdırıldı - FOTO/VİDEO/YENİLƏNDİ
-
İqtisadi gündəm10:49
Qarşıdakı 3 ildə dolların məzənnəsi üçün proqnoz: Görün neçəyə olacaq
-
Dünya10:18
ABŞ bunu etsə, Zelenski gedəcək - Onu kim əvəz edəcək?