Bilgi.az
Bu şəhərdə qadınlara hər şey olar, kişilərə isə... - FOTOLAR
Tuareqlər tayfasına qadınlar başçılıq edir, kişilərin isə heç bir hüququ yoxdur.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Timbutktu şəhərində yaşayan tuareqlər tayfasına qadınlar başcılıq edir.
Dünyanın ən unikal xalqının çox qəribə adət və ənənələri var. Bütün sivil dünyada əsas söz sahibi və idarəedici tərəf kişilər olsa da, bu tayfada matriarxlıq hökm sürür. Onlar uzun illərdir ki, öz ənənələrini qoruyub saxlayırlar, kişilər isə küçədə başlarını örtmək məcburiyyətindədir. Yeri gəlmişkən, onlar bu yaşayışa öyrəşib və heç bir qeyri-adilik hiss etmir.
Əfsanələrə görə, bu tayfa böyük ana və böyük çariça Ton-Xinan nəslindəndir. O, nə vaxtsa Amazonka olub və Xoqqara Mərakeşin cənub vilayətindən gəlib. Yeri gəlmişkən, 1925-ci ildə Alabessada kübar qadınlara aid zəngin məzarlıq tapılıb. Tuareqlər inanırlar ki, bu məzarlar çariçaya aiddir.
Tuareqlər rəsmən islam dininə itaət edir, amma bu, onların ənənələrinə heç cür təsir etmir. Bu xalqda qadınların hüquqları kişilərdən daha üstündür. Onlar başını bağlamır, qeyri-məhdud sayda sevgililəri və seksual əlaqələri ola bilər. Üstəlik, buna görə onları kiminsə qınamağa haqqı yoxdur.
Tuareqlər şəxsi həyatının sirr kimi saxlayırlar, ona görə də kişilər qadınla görüşə yalnız gecə qaranlıqda gedir. Bundan başqa, bütün mülkiyyət, həm daşınar, həm də daşınmaz əmlak qadınlara məxsusdur. Və əgər boşanma olarsa, onda mülkü qadın bölür, kişi isə ona verilənlə kifayətlənir.
Qadınlar tuareqlər xalqının mədəni irsini qoruyub. Məhz onlar uşaqlıqdan yazmağı və oxumağı öyrənir, kişilərə isə atalarından iti qılınc və xüsusi baş örtüyü miras qalır. Qeyd edək ki, kişilər həddi buluğa çatandan sonra baş örtüyünü hətta evdə yemək zamanı çıxara bilməz. Kişinin üzünü yalnız məşuqəsi və ya həyat yoldaşı görə bilər. Kişilər sarğılardan istifadə edirdilər. Bəzən bu sarğıların uzunluğu hətta 40 metrə çatır. Onlar sarğı vasitəsilə üzlərini alınların, bağlayırlar, bir tək gözləri görünür. Qadınlar isə əksinə olaraq üzü açıq gəzir.
Onların ənənəvi paltarlarına görə, tuareqləri "Mavi xalq" adlandırırlar. Burada parçaları çox maraqlı üsulla burada bəzəyirlər: rəng paltarlara daşla vurulur və ona görə də insanların dərisində göyümtül rəng qalır.
Afrikada milyona yaxın çoxsaylı tuareqlər tayfaları var. Onlar min il Saxara səhrasında köçəri həyat yaşayıb. Demək lazımdır ki, bu xalq dəvəsiz səhrada yaşaya bilməzdi. Yeri gəlmişkən, kişilər boşanandan sonra onlarda yeganə dəvə qalır. Və bu, yaxşı jest sayılır.
Tuareqlər dünyada üzünü bağlamağa məcbur olan yeganə xalqdır. Qızın xoş gəlmək üçün isə gənclər qeyri-adi istedadlara malik olmalıdır. Qızlar sevgilisinə şeir yaza bilən oğlanları xüsusilə qiymətləndirir. Əgər qız da ona eyni şəkildə cavab verərsə, poeziya gecəsi təşkil etmək üçün yalnız günəş batmasını gözləmək qalır. Lakin bir çox ənənələr artıq cəmiyyətin inkişafı ilə birlikdə tədricən silinir.
Aytən
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO