Tarixdə BU GÜN - - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Tarixdə BU GÜN - - FOTOLAR

Qabarma dalğaları 300 mindən çox insanın həyatına son qoyub.
2013-cü il. Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan iclasda iştirak ediblər.
1745-ci il. Fransız pedaqoqu Valentin Qayuin anadan olub. O, dünyada ilk dəfə gözdən əlillər üçün qabarıq şriftlər yaradıb. 1784-cü ildə isə öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlanan məktəb açıb və həmin şriftlərdən istifadə etməklə onlara təlim keçib. Fransalı pedaqoqun anadan olduğu gün sonralar Beynəlxalq Gözdən Əlillər Günü kimi təsis edilib.
1945-ci il. Azərbaycanın tanınmış teatr və kino aktrisası, Xalq Artisti Elmira İsmayılova anadan olub -1945.
1970-ci il. Şərqi Pakistanda (indiki Banqladeş) Qanq çayı deltasında meydana gələn güclü qabarma dalğaları 300 mindən çox insanın həyatına son qoyub. Sürəti saatda 205 kilometrədək yüksələn qasırğanın gücü hələ o vaxtadək Saffir-Simpson şkalası ilə qeydə alınan nəticələr arasında rast gəlinməyən 3-cü dərəcəyə çatmışdı. Bu, XX əsrin ən böyük təbii fəlakəti hesab edilir.
1985-ci il. Kolumbiyanın Nevado del Ruiz yanardağında baş vermiş püskürmə nəticəsində 23 min insan həlak olub.
2015-ci il. Parisdə konsert salonu, stadion, restoran və barlarda silsilə terror aktları törədilib. 129 nəfərin ölümü və 352 nəfərin yaralanması ilə nəticələnmiş terror hücumlarının məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm