Bilgi.az
“Həmişə parlayan” Uludağ
Uludağ Türkiyənin Bursa şəhərinin cənub-qərbində, şəhər mərkəzindən 36 km uzaqlıqda yerləşir. Türkiyənin ən əhəmiyyətli qış idman mərkəzlərindən biridir. Zəngin florası və müxtəlif heyvan növləri ilə 1961-ci ildə Milli Park elan edilən Uludağ bütün il boyu ziyarətçiləri qəbul edir. Dağda xüsusilə yay aylarında trekking və kempinq təcrübələri də çox populyardır. Qədim dövrlərdə Uludağın adı “Həmişə parlayan” mənasını verən Olympos Misios olub və mifologiyaya görə, bu təpə tanrıların Troya müharibəsini seyr etdiyi yer olub. Bir çox festivala və tədbirə ev sahibliyi edən Uludağ mərkəzdə yerləşdiyi üçün “heli-ski (vertolyotla xizək sürmə), snowbord, buz konkisi və snowbiking” (qar velosipedi) üçün də çox uyğun parkurlara malikdir.
Publika.az">Publika.az xəbər verir ki, Uludağ Qərbi Anadolunun ən hündür dağıdır.
Qara təpə adlanan zirvəsinin hündürlüyü 2543 metrdir. Cənub-cənub qərb küləklərinin hakim olduğu mülayim iqlimə malik olan Uludağ sıx meşələrlə örtülüdür. Xizək sahəsinin hündürlüyünün 1750-2543 metr arasında olduğu Uludağda xizək sürmək üçün ən ideal mövsüm dekabr və mart aylarıdır.
Uludağ xizək mərkəzi 2 ayrı ərazidən ibarətdir. Birinci ərazidə 17-si dövlət, 19-u özəl olmaqla, ümumilikdə 10 min çarpayılıq 36 mehmanxana və istirahət obyekti, 1986-cı ildə turizm mərkəzi elan edilən ikinci ərazidə isə 4 mehmanxana var. Bu iki ərazi həm də butiklər, restoranlar, kafelər, barlar, əyləncə yerləri və sağlamlıq mərkəzləri baxımından çox zəngindir.
Xizək mərkəzində xizək avadanlıqlarını icarəyə götürmək və təcrübəli təlimatçılardan dərs almaq da mümkündür. Ərazidə 8 telesiyej, 7 T-bar (teleski) və 13 müxtəlif xizək pisti var.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)
