Bilgi.az
Azərbaycanlı sürücülərin almanlardan öyrənməli olduğu VACİB DƏRS
Almanlar insanların isti və soyuqluğu ilə ölçmür sevgini. Belə görünür, sevginin onlarda ədalətdən başqa bir dərəcəsi yoxdur. Yəqin elə buna görədir ki, qanunlara riayət etmək üzrə ən disiplinli ölkələr arasında liderdir. Almaniya daha hansı sahə üzrə dünyada birinci deyil ki? Qanuna tabe olan vətəndaşlar kimi şöhrət qazanan almanlar yol hərəkəti qaydalarında da eyni ciddiliyi qoruyur. Burada yol mədəniyyəti mənə özümü o qədər təhlükəsiz hiss etdirdi ki, istəyirəm onlardan bir neçəsini sizinlə də bölüşüm.
Publika.az Almaniyanın yol mədəniyyəti haqqında məqaləni təqdim edir:
Almaniya haqlı olaraq yol infrastrukturunun keyfiyyətinə görə ən yaxşı ölkələrdən biri hesab olunur. Dünya İqtisadi Forumunun reytinqində Almaniya bu gün İspaniya, İsveç, Kanada və Böyük Britaniyanı qabaqlayır. Uzaq alman elindən gələn yoldaşlardan dəfələrlə eşitmişdim ki, Almaniyada maşın sürmək əsl həzzdir. İndi onları mükəmməl başa düşürəm, Bakının hər gün saatlarla davam edən tıxaclı yollarından sonra Almaniya səfərimdə məni çox heyran edən yol davranış mədəniyyəti oldu. İstər paytaxtımızda, istərsə də digər bölgələrimizdə avtomobil sürmək az qala ekstremal idman növüdür, sürücülər çox vaxt qaydaları pozduqlarını başa düşmürlər. Almaniyada yollar belə bir ekstremaldan çox uzaqdır. Azərbaycanlı sürücülərdən fərqli olaraq yazılı yol qaydalarına və yol etiketinin yazılmamış qaydalarına ciddi riayət edirlər. Əslində, hərəkətin ritmini və keyfiyyətini bu qaydalar müəyyən edir. Məsələn, sükan arxasında həddindən artıq aqressiv və ya əksinə, özünə güvənməyən bir insan görsələr, sürəti yavaşlatmağa üstünlük verirlər - ümumiyyətlə, vəziyyəti gərginləşdirməmək üçün əllərindən gələn hər şeyi edirlər.
src="/storage/files/upload/68e3e52453e1003be3605cf84ca6f42e180e7311.jpg" style="width: 548px; height: 365.333px;" class="fr-fic fr-dib">
Magistral yolların çoxunda sürət limiti yoxdur və qəzalar demək olar ki, yox səviyyəsindədir. Hər şey aydın, hər şey məntiqli, yol nişanları az qala qışqırır, yerdəki zolaqlar gecə-gündüz aydın görsənir və s. Lakin məsafə və yol hərəkəti qaydalarına əməl olunması prioritetdir. Yeri gəlmişkən, Almaniyada artıq 17 yaşından etibarən avtomobil idarə edə bilərsiniz, lakin 18 yaşına qədər bu hüquqdan yalnız təcrübəli mentorun müşayiəti ilə istifadə edilə bilər. İlk dəfə hüquq əldə edənlər 2 il sınaq müddətində olur və yalnız ciddi pozuntular olmazsa, daimi sertifikat alırlar.
Almaniyada piyadalara və velosipedçilərə hörmət ən yüksək səviyyədədir. İşıqfor yanırsa, sürücülər bütün piyadalar yolu keçənə qədər gözləyəcək. Velosipedçini isə yalnız yan interval imkan verdikdə ötmək olar: qaydalara görə, avtomobillə velosipedçi arasında məsafə ən azı 1,5 metr olmalıdır.
Almaniyada bütün yollar pulsuzdur. Avtobanlarda maksimum sürət məhdud deyil və yalnız avtomobilin imkanlarından asılıdır. Amma 120 km/saat limiti olan hissələr var. Təmirli ərazilərdə sürət 60 km/saata endirilir. Yaşayış məntəqələrində sürət həddi 50 km/saat, şəhərlərdən kənarda isə 100 km/saatdır. Avtomobil yollarında tövsiyə olunan sürət 130 km/saatdır. Sürətlə getmək həmişə mümkün olmur, sürət iş trafikinə əsasən təyin olunur. Pik saatlarda nəqliyyat sıxdırsa, sürəti artıra bilməzsən. Həftə sonları və tətil mövsümündə yol dolu olur. Ancaq iş günlərində necə deyərlər, qaza bas, get!
Yekunda acizanə bir etiraf edim, yazdıqlarım Almaniyada qısa müddət ərzində gəldiyim qənaətdir. Lakin o da inkar edilə bilməz ki, alman sürücülük mədəniyyəti hər bir halda hörmətə layiqdir və yol qaydalarına eyni həssaslığı onlardan öyrənməyə dəyər!
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...