“Best of India”: Hindistana səyahət - REPORTAJ - FOTO
Bizi izləyin

Bilgi.az

“Best of India”: Hindistana səyahət - REPORTAJ - FOTO

Bakıda “Best of India” Hindistan məhsullarının ən böyük eksklüziv ticarət sərgisi açılıb.

Bakı İdman Sarayında keçirilən sərgiyə diqqət çoxdur. Burada Hindistanın 60-a yaxın şirkəti düyü, çay, ədviyyatlar, hədiyyələr, əl işləri, ev mebeli, qadınlar üçün hind bəzək aksesuarları, hind milli geyimləri kimi məhsullar nümayiş etdirir.

Əsl Hindistan çayının dadına baxılması üçün sərgi salonunda Səfirlik tərəfindən təşkil olunan stend çoxlu sayda ziyarətçi cəlb edir.

Publika.az">Publika.az sözügedən sərgidən reportajı təqdim edir:

src="/storage/files/upload/730b8f8afe81753d558478d83b5faec0387c6873.jpg" style="width: 487px; height: 325.029px;" class="fr-fic fr-dib fr-fil">

Çay stendində dayanan Srujana Chandra sərgi barədə yüksək fikirdədir: “Biz sərgidə insanlara Hindistan çaylarını tanıdırıq. Stendimizdə Kanqra, Masala, Darcinliq, Nilgiri, Assam və s. kimi çaylarımız təqdim olunur. Bu çaylar həqiqətən çox dadlıdır və sərgiyə gələnlər Hindistan çaylarına xüsusi maraq göstərirlər”.

src="/storage/files/upload/1cca86c6a79feff19a86499de22141e3a7930afc.jpg" style="width: 490px; height: 326.667px;" class="fr-fic fr-dib fr-fil">

Srujana qeyd edir ki, çay stendini 5 gün ərzində 7 mindən çox insan ziyarət edib: “Bu, həqiqətən çox gözəldir və çaylara göstərilən bu cür yüksək tələbdən razıyıq”.

src="/storage/files/upload/57a0ae624e06392265a11e510dead7d0b14f9612.jpg" style="width: 500px; height: 333.333px;" class="fr-fic fr-dib fr-fil">

Əlbəttə, Hindistan xanımları özlərinin xüsusi geyim və aksesuarlarına olan maraqları ilə də seçilirlər. Bu cəhətdən də bir qədər Azərbaycan xanımları ilə oxşarlıqları var desək, yanılmarıq. Elə məhz bu səbəbdəndir ki, Hindistanın milli geyimləri və bəzək aksesuarları təqdim edilən stendlərin qarşısındakı izdiham bizi təəccübləndirmir. Burada qeyri-adi, hind filmlərindən yaxşı tanış olan aksesuarlar və geyimlər gözə çarpır.

src="/storage/files/upload/101996ef582b821dda2f23e2c33141fd32c997eb.jpg" style="width: 504px; height: 336px;" class="fr-fic fr-dib fr-fil">

Bəzək aksesuarlarının satışını təşkil edən xanım göstərilən maraqdan xüsusilə razıdır: “Mən azərbaycanlı olduğum üçün buradakı izdiham məni təəccübləndirmir. Çünki Azərbaycan xanımları da bəzənməyi çox sevirlər. Gördüyünüz kimi, mən də bu bəzək aksesuarları ilə özümü bəzəmişəm. Xanımlarımız həm baxımlı olmağı sevir, həm də üzərlərində hər hansı qeyri-adi bəzək aksesuarlarından istifadə etməkdən çəkinmirlər. Fikrimcə, dediklərim stendin qarşısındakı izdihamı açıqlamaq üçün kifayətdir”.

src="/storage/files/upload/9ccc2a89b33bb0e66cc62312ef2af3e98bc98662.jpg" style="width: 495px; height: 329.592px;" class="fr-fic fr-dib fr-fil">

Bəzənmək və baxımdan danışmışkən, hind xınasından söz açmasaq, olmaz. Çünki hind xınası isə əllərə bəzək vurmaq Hindistan adət-ənənələrində xüsusi yer tutur. Azərbaycanın da xına ilə əlaqədar adət-ənənəsinin olması xoş təsadüfdür. Elə məhz buna görədir ki, hind xınası ilə əllərin üzərinə bəzək çəkən xanımın qarşısındakı növbə gözə çarpır. Kiçik qız uşaqlarından tutmuş yetkin xanımlaradək hər biri səbrlə sıranın onlara gəlməsini gözləyirlər. Çəkilən bəzəklərə incəsənət əsəri desək, görəsən, mübaliğə etmiş olmarıq?! Məncə, bu stendin qarşısından keçib, burada ayaq saxlamayan xanım yoxdur.

src="/storage/files/upload/e4b9c4830b72ac27ce914449698cacf23e4d9b8c.jpg" style="width: 496px; height: 330.322px;" class="fr-fic fr-dib fr-fil">

Sərgidəki ümumi ab-hava möhtəşəmdir. Sərgiyə maraqdan isə həqiqətən danışmağa dəyər. Azərbaycanda hər zaman hind rəqsləri və hind filmlərinə maraq yüksək səviyyədə olub. Ona görə də buradakı izdiham bizi bir o qədər də təəccübləndirmir. Əgər yolunuzu buradan salmaq istəsəniz, əmin olun ki, maraqlı anlar yaşayacaqsınız. Bu, bir anlıq ekzotik Hindistanı səyahət etmək kimi bir ilğım olacaq.

src="/storage/files/upload/3074018aae13e38be4e51a57f55df114fff27b4a.jpg" style="width: 494px; height: 328.653px;" class="fr-fic fr-dib fr-fil">

Qeyd edək ki, sərgi martın 26-dan aprelin 3-dək saat 11:00-dan 19:00-dək davam edəcək. Sərgiyə giriş ödənişsizdir.

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm