Bilgi.az
“Günlərimi öpüşməklə keçirmək istəyirəm” – ölümcül xəstənin eşq hekayəsi -FOTOLAR
Holli və Adam 2009-cu ildə Kaliforniya xəstəxanasında tanış olublar. Holli tibb bacısı kimi Adamı Laym xəstəliyindən müalicə etməliymiş.
Onların arasında münasibətlər yarandıqca Adamın, əslində, Laym deyil, məhz ALS xəstəliyinə düçar olması ortaya çıxıb. ALS xəstəliyi mərkəzi sinir sistemində neyronların ömürlük itirilməsindən irəli gəlir. Bu hüceyrələrin itirilməsi əzələlərdə gücsüzlüyə və əriməyə səbəb olur.
Adamın xəstəliyi müəyyənləşdirilənədək o, həkimin otağında Holli ilə həftədə bir neçə dəfə 3 saat müddətinə görüşməli olub. Sevgi də elə belə yaranıb. Lakin sonradan Adamın sağalmaz xəstəlikdən əziyyət çəkməsi məlum olub.
ALS xəstəliyinin nəticəsində Adam getdikcə iflic olmağa doğru gedir. Üstəlik, ALS diaqnozu qoyulan insanlar iki ildən beş ilədək yaşayırlar.
Diaqnozundan xəbər tutan Adam sevgilisinə belə deyib: "Mən bütün qalan günlərimi səninlə, sənin dodaqlarını öpməklə, sənin yanında uzanmaqla keçirmək istəyirəm. Bilirəm ki, bu məsuliyyəti boynuna götürmək istəməzsən, lakin sən də məni istəyirsənsə, onda mən səninlə ailə qurmaq istərdim".
Holli və Adam 2011-ci ildə nişanlanıblar. Beləcə cütlük 2012-ci ildə izdivaca daxil ola bilib. Toy mərasimində Hollinin əvvəlki münasibətdən olan oğlu və digər qonaqlar da iştirak edib. Adam arvadının əvvəlki nikahdan olan oğlunu övladlığa da götürməyə razılıq verib. Ağır xəstəliyə düçar olan bəy toyuna əlil arabasında gələ bilib.
Adam 2013-cü ilin oktyabr ayında vəfat edib.
Nura
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC










.jpg)
.jpg)
























