Bilgi.az
Siqaret kişinin hər iki ayağını şikəst etdi – FOTOLAR
Elektron siqaretin partlaması Böyük Britaniyanın Mançester şəhərindən olan 48 yaşlı kişini, az qala, onu hər iki ayağından məhrum edəcəkdi.
Həkimlər onun aldığı yaraları əl qumbarasının partlaması nəticəsində yaranan zədələrlə müqayisə ediblər.
Devid Aspinall sağlam həyat tərzinə başlamaq ümidi ilə elektron siqaretdən istifadə etməyə başlayıb. Lakin bunun onun həyatı bahasına başa gələcəyindən bixəbər olub...
İş ondadır ki, avadanlıq partlayıb və Devid Aspinall aşağı ətraflarından xəsarət alıb.
Britaniyalı xatırlayır: "Mən onu (elektron siqaret – red.) əlimdə tutmuşdum, birdən siqaret qırmızı rəngə çevrildi və əlimi yandırmağa başladı. Mən qorxudan onu yerə atdım və sonda siqaret partladı. Mənim ayaqlarım, demək olar, partlamışdı. Birində yekə bir dəlik, digərində isə yara əmələ gəlmişdi. Mən bütün qan içində idim. Ən pisi, mən onu yerə atmasaydım, başımı partlada bilərdi".
Aldığı yara və qanaxmaya baxmayaraq, Devid qonşunu köməyə çağıra bilib. Xəstəxanada ona ilk tibbi yardım göstərilib. Hadisənin şahidi olan qonşu deyir: "Elektron siqaretin hissələri Devidin ayağına girmişdi. Mebel, döşəmə qan içində idi. Bu, həqiqətən də, dəhşət filmlərini xatırladırdı".
Müalicə prosesini keçən Devidə indi də dəri köçürüləcək. 3 il müddətində Devidin ayağına dəri köçürülməsi planlaşdırılır. Ənənəvi siqaretdən imtina edən Devid hadisədən sonra bir daha köhnə vərdişinə qayıdıb. Devid deyib: "Fikrimcə, təbii siqaret daha təhlükəsizdir".
Nura
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO




































