Cinayət dünyası
İş adamları “Lotu Quli”yə qarşı birləşdi - SİLAHLI DƏSTƏLƏR yaradılır
Hazırda Azərbaycanda həbsdə olan Lotu Quli ləqəbli kriminal avtoritet Nadir Səlifovun adamlarının Ukraynada yaşayıb işləyən azərbaycanlı biznesmenləri incitdiyi, onları ağır "vergi”lərə məhkum etdiyi, bu pulları verməyənləri isə döydürdüyü, qaçırdığı barədə məlumat verilmişdi.
Ukraynada işləyən azərbaycanlılardan BakiPost.az-a verilən məlumata görə, biznesmenlər mərhum kriminal avtoritet Rövşən Lənkəranski ilə aralarında olan davanın qisasını azərbaycanlı iş adamlarından almağa çalışan Lotu Quliyə qarşı tədbir görməyə başlayıb. Ukraynada işləyən azərbaycanlılar Qulinin adamlarının özbaşınalıqlarından bezərək onlara adekvat cavab verməyə qərar veriblər. Biznesmenlər avtoritetin adamlarının onlardan tələb etdiyi xəracın az bir hissəsini öz aralarında toplayaraq xüsusi dəstələr yaratmağa başlayıblar. Həmin dəstələr oradakı biznesmenlərin mühafizələrini təşkil edəcək və Lotu Qulinin adamlarının təhdidlərinə adekvat cavab verəcək.
Mənbə onu da əlavə edir ki, iş adamları artıq Bakıdakı əlaqələrindən istifadə edərək, Lotu Qulinin Ukraynada və Azərbaycandakı adamlarının yaxın ətraflarının da siyahısını hazırlayır. Məlumata görə, bu işlərdə onlara mərhum Lənkəranskinin Bakıdakı və Kiyevdəki adamları köməklik göstərir. Ukraynadakı silahlı mühafizəçiləri də azərbaycanlı iş adamlarına məhz Rövşənin yaxın adamları tövsiyə edib.
Biznesmenlərdən əldə olunan məlumatlardan belə görünür ki, bu qovğa hələ yenicə başlayır və xərac davası Ukraynada hələ çox azərbaycanlının qanını axıdacaq.
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi


































