Cinayət dünyası
Lənkəranskinin Şeyxin nəzarətinə keçən obyektləri - SİYAHI
"Kriminal avtoritetlər"in maliyyə gücü həmişə öz sirli tərəfləri
ilə KİV-in diqqətini cəlb edib. Aydındır ki, "qanuni oğrular"
müasir tarixin ən müəmmalı və qapalı fəsillərindən biridir. O da
həqiqətdir ki, hazırda əsl "qanuni oğrular"ı, "Forbes"
siyahısındakı milyarderlərin xidmətlərindən istifadə etdikləri
vəkillər müdafiə edirlər.
Sputnik jurnalist araşdırması nəticəsində Qafqaz "qanuni
oğruları"nın iqtisadi qüdrətinə dair həvəskar detalları üzə
çıxarıb. Beləliklə, bir sıra "kriminal avtoritetlər" məşhur "Xaç
atası" filmində yer alan İtaliya-Amerika mafiyasının ən güclü
klanlarından birinin başçısı Don Vito Korleone ilə rəqabət apara
bilərdilər, əgər o, yaşasaydı. Bu ilin oktyabrında Sputnik
azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Rövşən
Lənkəranski) İtaliyadakı lüks otellərinin çeçen əsilli qanuni oğlu,
kriminal aləmdə Şeyx Həmzət kimi tanınan 1975-ci il təvəllüdlü
Həmzət Qastəmirovun idarəsi altına keçdiyini yazmışdı.
İtaliyanın Pozitano şəhərindəki "Covo dei Saraceni"
hoteli

Xatırladaq ki, Lənkəranskinin bir ayın içində İtaliyanın
Pozitano şəhərində "Le Sirenuse" və "Covo dei Saraceni" hotellərini
nağd pulla alması İtaliyanın maliyyə polisinin diqqətini cəlb
etmişdi. Birinci hotel üçün 52 milyon, ikinci hotel üçünsə 49
milyon avro nağd pul ödənilib.
Hüquq-mühafizə orqanları Canıyevi yaxalaya biliblər, amma kriminal
avtoritet otelləri öz adına rəsmiləşdirməyib. "Covo dei Saraceni"
oteli Lənkəranskinin möhkəm dostluq etdiyi Şeyx Həmzətin arvadının
adına rəsmiləşdirilib. Lənkəranskinin ölümündən sonra Şeyx Həmzət
Canıyevin düşmənlərinə qarşı iki türk və bir çeçen mafioz klanının
birləşdirilməsinin təşəbbüskarı olub.
Şeyx Həmzət
"Le Sirenuse" otelini Lənkəranski öz qohumlarından birinin adına
rəsmiləşdirib. Lakin bu gün hər iki otel Şeyx Həmzətin mafioz
qrupunun ümumi Avropa kassasına tabedir. Bu il çeçenin vəkili "Le
Sirenuse" otelini Lənkəranskinin qohumundan almaq üçün məhkəmə
qarşısında iddia qaldırıb. Məlumdur ki, italyan polisi Canıyevi ələ
keçirəndə o, özünün bütün əsas obyektlərini Qastəmirovun nəzarətinə
təhvil vermək məcburiyyətində qalmışdı.
Lakin bunlar gəlirləri mafioz qrupun Avropa kassasına daxil olan
bütün obyektlər deyil. Qastəmirovun klanı Avropadakı Rusiya
bazarlarına mal vuran topdansatış bazalarına da nəzarət edir.
Bundan başqa da Avropada onların nəzarətində olan obyektlər var.
Bununla yanaşı, məlum olub ki, oğru "obşaklar"ın büdcəsi təkcə əsl
bankların səhmləri ilə rəqabət aparmır və real olaraq elə bankların
büdcələri qədərdir. Oğru dairələrinə yaxın mənbə Sputnik-ə Şeyx
Həmzətin nəzarətində olan şirkətlər qrupu haqqında məlumat verib.
Maraqlıdır ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) və
Daxili İşlər Nazirliyi bu kriminal avtoritetlə bağlı məlumatlar
bazasına əsasən 37 cinayət işi və dosyesi açmayana qədər, KİV çeçen
mafiozu fərq etməmişdi. O, öz karyerasına 1992-ci ildə SSRİ-nin
dağılmasından dərhal sonra Arbatdan başlayıb. Onda Kiyev dəmiryol
vağzalındakı "Arevik" erməni restoranı bu cəsarətli çeçenin
nəzarətinə keçmişdi. Bu gün həmin yerdə Tovuz rayonundan olan
oliqarx İlham Rəhimov və Azərbaycan əsilli Qod Nisanovun şərikli
işlətdiyi "Avropa" ticarət mərkəzi dayanır. "Arevik" restoranından
dərhal sonra Şeyx Həmzət Köhnə Arbatda, Gürcüstanın Moskvadakı
diplomatik nümayəndəliyinin zirzəmidəki yerində yerləşən "Mziuri"
gürcü restoranı və gecə klubundan xərac almağa başlayıb. Burada
uğur gənc çeçenin üzünə gülməyə başlayıb və Köhnə Arbatdakı bütün
gəlirli obyektlər bir-birinin ardınca onun nəzarətinə keçməyə
başlayıb. 1999-ci ildə, Moskva üfiqində Rövşən Lənkəranski peyda
olanda Qastəmirov artıq kifayət qədər nüfuz sahibi idi. Lənkəranski
Qastəmirovla tez dostlaşdı (onunla 2000-ci ildə birləşdi) və
çeçenin dəstəyini özünə cəlb etdi. Canıyevin başına "qanuni oğru"
tacını, 2000-ci ilin əvvəllərində paytaxt regionundakı meyvə
bazarlarına və ticarət mərkəzlərinə nəzarət hüququnu əldə etmək
uğrunda amansız kriminal müharibə aparmış Mirseymur Abdullayev
qoydu. Onda Lənkəranski özü üçün müəyyən etdi ki, özünə məxsus
bütün səhmləri Şeyx Həmzətin vasitəsilə Avropaya daşıyacaq.
Qastəmirovun yaxın ətrafı bu barədə mümkün qədər az adamın xəbər
tutması, onun kölgədə qalması və güclü şəkildə qorunması üçün hər
şeyi etdi.
Şeyx Həmzət və Rövşən Canıyev

Bu qaydalara Lənkəranski də əməl etdi. Bu taktikada əsas məqsəd
çeçen kapitalını qorumaq idi. Çünki, əgər bu barədə hər hansı daha
nüfuzlu "yırtıcı azarkeşlər" xəbər tutsaydılar, çeçenlər həmin an
hər şeylərini itirə bilərdilər. Bu gün çeçen əsilli Naşxo ailə
klanının üzvü olan Qastəmirov "Avropa obşak"ına nəzarət edir.
Sputnik-ə verilən məlumata görə, İnterpolla əməkdaşlıq edən
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin axtardığı kriminal
avtoritet Şeyx Həmzət təkcə "Avropa obşakı"na nəzarət etmir, həm də
Rusiya mafiyasının "xaç atası" Zaxari Kalaşevin (Şakro Molodoy)
işlərini idarə edir. İlk dəfə "Avropa obşakı"nın Şeyx Həmzətin
nəzarətinə keçməsi barədə qərar Şakro tərəfindən Ermənistanda
keçirilən "sxodka"da verilib. Avropa təsərrüfatının idarəçiliyinin
çeçenə verilməsinə zərurəti Şakro öz həbsindən sonra hiss edib.
Məlumdur ki, Şakro bu ilin iyulunda Moskvadakı "Elements"
restoranının sahibindən zorla pul tələb etmək ittihamı ilə
saxlanılıb. Şakronun təsərrüfatı balaca deyil — Avropada bukmeyker
kontorları, Las-Veqasda kazino, Belçikada almazın cilalanması üzrə
zərgərlik evi, Rusiyanın iri neft şirkətlərinin səhmlərində pay və
s. və i. Yeri gəlmişkən, Şeyx Həmzət və Şakro birlikdə Belçika
zərgərlik evinin səhmlərinin 50%-nin sahibidirlər. Bunlarla yanaşı,
çeçenlər MDB ölkələrindən gedən bütün Avropa zərgərlərini himayə
edirlər. Mənbənin sözlərinə görə, Şeyx Həmzət Las Veqasdakı
"Caesars Palace" kazino-otelinin səhmlərinin 35%-nin sahibidir. Bu,
dünyanın ən nəhəng otellərindən biri sayılır. Qafqazlı kriminal
avtoritetin var-dövləti o qədər böyükdür ki, bu ilin avqustunda
onun ailə tədbirində Hollivud ulduzlarından Al Paçino və Robert De
Niro, həmçinin məşhur futbol ulduzu Zinəddin Zidan iştirak edib.
Oğru dairələrinə yaxın olan mənbə öz növbəsində Sputnik-ə əvvəllər
Rövşən Lənkəranskiyə aid olan və hazırda tamamilə "qanuni oğru"
Qastəmirovun nəzarətinə keçmiş alman və holland şirkətlərinin də
siyahısını verib: Rainbow International B.V., Staay Food Group
Holding, Fruit Company B.V. и Sonnen Frucht GmbH. Bu, meyvə-tərəvəz
topdan satış bazaları öz məhsullarını Rusiya, Belarus və Ukrayna
bazarlarına göndərir. İki il əvvəl Şeyx Həmzət və Rövşən
Lənkəranski öz səhmlərini genişləndiriblər — Münhendəki 82 milyon
dollar qiyməti olan Sofitel Munich Bayerpost otelini alıblar. Bura
maliyyənin 10%-i Canıyev tərəfindən qoyulub. Lakin bu gün həmin
otel tamamilə Qastəmirovun tabeçiliyindədir. (Sputnik.az)
-
Sosial08:12Ağdam şəhərinə daha 92 ailə yola salındı
-
Ekologiya07:55Azərbaycanın məşhur turizm bölgəsində dəhşətli mənzərə - Video
-
İqtisadi gündəm06:46Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
-
Magazin106:16Çelikdən Hüseyn Məmmədoğluna sərt reaksiya: Qısqanırsan!
-
Nida Xəbər 04:30Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
-
İdman03:44Messi aldı, La Liqa klublarını ötməyə başladılar
-
Region03:18Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
-
Qoroskop01:40Günün ulduz falı: diqqətsizlik itkiyə səbəb olacaq

















.jpg)
















