Cinayət dünyası
Lənkəranskinin adamları “Piter Elçin”in qardaşlarını niyə öldürdü? – QANLI QİSAS HEKAYƏSİ
Dekabrın 21-də "Piter Elçin” ləqəbli kriminal avtoritetin qardaşının Masallının Türkoba kəndi ərazisində avtomat silahla qətlə yetirilməsinin səbəbləri ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub.
Məlumatlardan belə aydın olur ki, bu qətl kriminal aləmin iki cinahı arasında baş verən qanlı hesablaşmanın növbəti raundudur və bu ölümlərin ardı da gələcək.

"Piter Elçin"
Belə ki, redaksiyamıza daxil olan məlumatda "Piter Elçin”in qardaşı Fariz İsmayılovun qətlə yetirilməsinin konkret səbəbi göstərilib, eləcə də bu il "Piter Elçin”in kriminal hesablaşmanın qurbanı olan başqa bir qardaşı – Maarif İsmayılovun da nəyin badına getdiyi aydın olub.
Mafiyanın savaşı isə belə başlayıb.
Fariz İsmayılovu qətlə yetirən şəxs bu il başqa bir mafioz savaşın qurbanı olan Rövşən Lənkəranskinin adamı olub. Bildirilir ki, F.İsmayılovun Masallıda qətlə yetirildiyi gün Rusiyada onun qardaşı "Piter Elçin”in (Amil adlı avtoritetin ölüm işiylə bağlı-red.) məhkəməsi imiş. Qətlin məhz məhkəmə günündə törədilməsi də təsadüfi deyil...
Və bu faktın özü də qətlin qisas zəminində törədildiyini - başqa bir qətlə bağlı olduğunu göstərir.

Məsələ belə olub: Bir neçə il əvvəl Rövşən Lənkəraniskinin yaxın adamı kimi tanınan Amil adlı avtoritet Moskvada "tac”landırılırmış. Bu barədə xəbər tutan "Piter Elçin” Sankt-Peterbuqrdan Moskvaya uçur. O vaxta kimi Lənkəranskinin ən yaxın adamlarından biri hesab olunan Elçin İsmayılov "taclandırma” mərasiminə qatılır və gözlənilməz bir addım atır: Ayağa qalxıb az öncə "tac”landırılan Amilin boynunu qucaqlayır və... silahı çıxarıb onun başından atəş açır. Amil yerindəcə keçinir. "Piter Elçin” isə heç nə olmamış mərasimi tərk edir.
İki qanlı qruplaşma arasındakı savaş da məhz buradan başlayır. Bir müddət sonra, bu ilin iyun aynda Elçinin qardaşı Maarif İsmayılov qətlə yetirilir... Həmin vaxt yayılan məlumata görə, qətl məhz Lənkəranskinin sifarişi ilə törədilib.
Maarif İsmayılovu öldürən şəxs əslən Lənkəran rayonundan olub və keçmiş polis əməkdaşı imiş. Qətli törətmiş Emil Hüseynov bunun sifarişli olduğunu və ona qarşılığında 155 min dollar söz verildiyini etiraf etmişdi.
Məlumata görə, cinayətin ardından qətli törədən şəxsin ailəsi "Piter Elçin”in qorxusundan gecə ilə rayondan çıxıblar və onların harada olduğu hələ də bilinmir. Qətli törədən şəxs isə hazırda türmədədədir.
Redaksiyamıza bu barədə bilgi verən qaynağın sözlərinə görə, dekabrın 21-də "Piter Elçin”in digər qardaşı Fariz İsmayılovu avtomat silahdan atəş açaraq öldürən şəxs məhz Elçinin qətlə yetirdiyi Amilin yaxın qohumudur. Qatil cinayətin ardından özü polisə təslim olub.
Digər bir məlumata görə, hazırda Elçinin yalnız bir qardaşı həyatdadır. Onun isə səhhətində isə ciddi problemlər var. O da bildirilir ki, qardaşının qətlindən sonra "Piter Elçin” adamlarına göstəriş verib ki, Lənkəranskinin yaxınlarına məxsus hər şey dağıdılmalıdır, iki daş üst-üstə qalmamalıdır. (Bakı Post)
-
Avropa09:28Finlandiyanın müdafiə naziri Rusiya təyyarələrinin vurulması çağırışını pislədi
-
Elm və təhsil08:45Azərbaycanda məktəblərlə bağlı yeni qayda - Məcburi ola bilər
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi






































