Cinayət dünyası
Oğru dünyasının marşalları - - VİDEO
Ded Xasan ləqəbi ilə tanınan Aslan Usoyan Rusiyanın kriminal aləminin ən nüfuzlu qanuni oğrularından biri idi. Milliyyətcə yezidi kürd olan Ded Xasanın azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin (Canıyev) tapşırığı ilə qətlə yetirildiyi ehtimal olunur. Ded Xasanın kriminal aləmdəki hörməti elə bir yüksəklikdə idi ki, ona heç kim heç nədə “yox” deyə bilməzdi.
Publika.az xəbər verir ki, "TV Çentr"in hazırladığı "Qanuni oğrular" ("Vorı v zakone") proqramının ilk buraxılışı Ded Xasanın şəxsi operatorunun lentə aldığı istirahət videosu ilə start götürür.
“Oğru”lara həsr olunan bu buraxılışda Yaponçik ləqəbi ilə tanınan Vyaçeslav İvankova da yer verilib. O, həbsdən çıxdıqdan sonra bir dostunun evinə qonaq gedir. Video-lentdə dostu Yaponçikə asta səslə “daha belə işlərlə məşğul olma” deyir.
Yaponçik 90-cı illərin əvvəllərində Amerikada rus mafiyasının lideri olub. O, ABŞ-da "Çara" bankının rəhbərliyindən haqq aldığına görə həbs edilib və həyatının 9 ilini Amerikanın Allenvud cəzaçəkmə müəssisəsində keçirib. 2004-cü ildə Rusiyaya ekstradisiya olunan Yaponçikə bəraət verilib və o azadlığa buraxılıb.
Dörd il sonra avtoritet “Tayski slon” restoranından çıxarkən snayperlə qətlə yetirilib. Mütəxəssislərin fikrincə, onun qətlinə səbəb ABŞ-dan gəldikdən sonra Rusiya ərazisində hakimiyyətini bərpa etmək istəyi idi. Halbuki Rusiya artıq müəyyən “oğru”ların hakimiyyəti arasında bölüşdürülmüşdü.
Bu videoda klanlar arasında gedən mübarizə, Rusiyadakı “qanuni oğrular" haqda ətraflı məlumat əldə edə bilərsiniz: (axar.az)
-
İdman09:48Futbolçular qəzaya düşdü: "Polimer"in hücumçusu öldü
-
Avropa09:28Finlandiyanın müdafiə naziri Rusiya təyyarələrinin vurulması çağırışını pislədi
-
Elm və təhsil08:45Azərbaycanda məktəblərlə bağlı yeni qayda - Məcburi ola bilər
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video





































