Cinayət dünyası
CİNAYƏT: Ev almaq üçün qonşunun malına göz dikdi - - FOTO
Şəmkirin Dağ-Cəyir kənd sakini ev almaq üçün dostu ilə birlikdə qonşusunun qoyunlarına qənim kəsilib. Onlar oğurladıqları qoyunları satıb pul əldə etsələr də, ev ala bilməyiblər.
Publika.az xəbər verir ki, Şəmkir polisi dostların arzusunu ürəyində qoyub.
Elvin Məmmədov - saxlanılan şəxs: “Dağ-Cəyir kəndinə getdik. Kəndin baş tərəfindən gələndə Vüqarın iti üstümüzə cumdu. Yekə qızıl it idi. Vüqar iti qovaladı”.
Qızıl it sahibini tanıdığından, Şəmkir sakini 29 yaşlı Vüqar Lələyev və dostu, Gədəbəy sakini 21 yaşlı Elvin Məmmədovla Dağ Cəyir kəndində oğurluq planını uğurla yerinə yetiriblər. Onlar Vəkil Allahverənova məxsus tövlədən 15 baş xırda buynuzlu davarı gizli yolla ələ keçiriblər. Dostlar tövlədə itin olacağından ehtiyatlanaraq xüsusi ustalıq nümayiş etdiriblər.
Elvin Məmmədov - saxlanılan şəxs: “Oradan heyvan olan yerə gəldik. Mən qorxdum, girmədim. Birinci Vüqar girdi. Məni də çağırdı, getdim Vüqarın yanına, tövlənin qabağına”.
Zərərçəkən isə hadisədən gecə saatlarında xəbər tutub. Tövləyə baxış keçirməyə gedən Vəkil Allahverənov oranı boş görəndə gözlərinə inanmayıb. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları da gəlib.
Vəkil Allahverənov - zərərçəkən şəxs: “Gedib tövləyə baxanda gördüm ki, qoyunlar yoxdur. 15 baş heyvanımı aparıblar. Dərhal polislərə zəng vurdum”.
Uzun müddətdir çoban işləyən dostlar istəklərinin reallaşmamasına üzgün görünürlər. Saxlanılan Vüqar Lələyev də həmkəndlisinin qoyunlarına qənim kəsildiyini etiraf edib. Niyyəti qoyunları satıb ev almaq olub.
Vüqar Lələyev - saxlanılan şəxs: “Dedim gətirim, satım. Ev almaq istəyirdim, onun pulunu vermək üçün oğurluq etdim. Yeni-Həyat kəndinin üstündəki işlədiyim yatağa gətirdik. Bu getdi müştəri tapmağa”.
Hazırda Şəmkir rayon polis şöbəsinin əməkdaşları çobanların başqa kimlərin mal-qarasına göz dikdiyini araşdırır. Fakta görə artıq istintaq bölməsində cinayət işinə başlanılıb. (ARB Kəpəz)
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
























.jpg)











