Cinayət dünyası
Lənkəranskini dəfn edən axund DANIŞDI: "Mərhumun üzünü görməsəydim..."
"Rövşən Lənkəranskinin üzünü görməmiş ona cənazə namazı qılınmazdı”.
Bu barədə Unikal.org-a Rövşən Lənkəranskinin cənazə namazını qılan və onu dəfn edən QMİ sədrinin Cənub bölgəsi üzrə Səlahiyyətli nümayəndəsi, Böyük Bazar "Hüseyniyyə" məsçidinin və Lənkəranın baş axundu, tanınmış ilahiyyatçı Hacı Sədi (Qəni) Axundzadə bildirib.
O vurğulayıb ki, bir sıra Kütləvi İnformasiya Vasitələrində Rövşən Lənkəranskinin ölməməsi ilə bağlı yayılan məlumatlar şoudur və heç bir əsası yoxdur:
"Yayılan məlumatlar dezinformasiyadır. Boş-boş şou yaradırlar. Allah Rəhmət eləsin! Siz onun dəfnində insanların izdihamını da gördünüz. Hər halda biz cənazəni, mərhumun üzünü görmədən ona namaz qılmırıq. Belə bir məlumatların yayılmasına da ehtiyac yoxdur”.
Xatırladaq ki, Azərbaycanlı "qanuni oğru” Rövşən Canıyev ("Rövşən Lənkəranski”) avqustun 18-də Türkiyədə öldürülüb. "Rövşən Lənkəranski” kimi məşhurlaşan R.Canıyev İstanbulun Beşiktaş bölgəsində qaldığı hoteldən çıxdıqdan sonra onun olduğu avtomobil pusquya düşüb. Hoteldən çıxan "Range Rover” markalı, Az 90 ND 011 dövlət nömrə nişanlı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb. Çarpaz atəşə tutulan avtomobil dəlik-deşik edilib. Avtomobilin içərisində olan "Lənkəranski” və adı açıqlanmayan sürücüsü ağır yaralı olaraq təcili yardımla xəstəxanaya aparılıb.
-
Elm və təhsil08:45Azərbaycanda məktəblərlə bağlı yeni qayda - Məcburi ola bilər
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
















.jpg)


.jpg)



















