Cinayət dünyası
Lotu Qulunun vəkili barədə ŞOK MƏLUMATLAR
Vəkil Təranə Əliyeva uzun illər ərzində təkcə öz müştərisi olan, kriminal aləmdə Qulu ləqəbli qanuni oğru kimi tanınan Səlifov Nadirə deyil, həm də qarşı tərəfə - "oğru dünyasında" Rövşən Lənkəranski kimi tanınan Rövşən Canıyevə də işləyib.
Qaynarinfo.Az-a etibarlı mənbələrdən (kriminal aləmdəki
mənbələrdən) əldə etdiyi məlumata görə, Təranə Əliyeva Nadir
Səlifovun həbsxanadan çıxması ilə bağlı görülən bütün planlar
haqqında məlumatı Rövşən Lənkəranskiyə ötürüb, bunun nəticəsində
Nadir Səlifovun həbsdən çıxmasını yubadıb.
Bu yolla o, Nadir Səlifovu bütün vəkillərdən uzaqlaşdırıb ki, heç
bir qanuni hüququ olmadan onun yeganə vəkili olsun. Nadir Səlifov
(Qulu) barəsində onun heç bir əsası, heç bir cinayət işi, qohumları
ilə onun həbsxanada ziyarət edilməsi haqqında heç bir razılığı
yoxdur.
Belə bir sual doğurur: o, hansı vəsait hesabına bu qədər təmtəraqlı
həyat tərzi sürür, "Range Rover Vogue" avtomobilini alır, mütəmadi
olaraq xaricə istirahətə gedir. Öz havadarı Rövşən Lənkəranskinin
sayəsində o bütün qanunları heçə sayaraq, maneəsiz Nadir Səlifovu
həbsxanada ziyarət edib. Rövşən Lənkəranskinin sayəsində o,
təmtaraqlı həyat tərzi sürüb. Mənbədən vurğulayırlar ki, bunların
hamısı Nadir Səlifovun azadlığı bahasına başa gəlib.
Lakin Rövşən Lənkəranskinin ölümü ilə Təranə Əliyeva böyük oyunda
lazımsız fiqura çevrilib. Bu yaxında məlum olan faktlara görə, ona
birmənalı xəbərdarlıq edilib. Rövşən Lənkəranski ilə bağlı son
hadisələrə baxmayaraq, ona yaxın insanlar hələ də kriminal aləmdə
Qulu ləqəbli qanuni oğru kimi tanınan Səlifov Nadirin hərəkətləri
haqqında məlumat, eləcə də onun azadlığa çıxmasına mane olmasını
tələb edirlər. Təranə Əliyeva onun azadlığa çıxması ilə bağlı
Gürcüstan və Azərbaycanda bütün sənədləşmə işləri ilə məşğul olan
yeganə insan olub. Onun yeganə məqsədi - Nadir Səlifovun ömürlük
həbsxanada qalması olub.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı














.jpg)


.jpg)






















