Cinayət dünyası
“Lotu Quli”nin adamlarının “Rafiq Masallinski”ni döydüyü və QULAĞINI KƏSDİYİ ANLAR - - VİDEO (18+)
Şəbəkədə postsovet məkanında “Lotu Quli” kimi tanınan Nadir Səlifovun adamlarının keçən ilin sonunda Türkiyədə Rafiq Eyvazovu (Masallinski) döymələri kadrları yayılıb, videodan da göründüyü kimi, “Rafiq Masallinskini” yalnız döymürlər, həmçinin qulağını kəsirlər.
İlkin məlumata görə, Eyvazovun Səlifovun adamları tərəfindən döyülməsi pul üstündə baş verdiyi ehtimal edilir.
"Sputnik-Azərbaycan"nın yaydığı məlumata görə, söhbət 200 min dollardan gedir. Eyvazov daha öncə Bakının 8 saylı islah təcridxanasında cəza çəkən Səlifovun qruplaşmasında olub, münaqişədən sonra qruplaşmadan çıxmaq istədiyini bildirib.
Tezliklə Səlifovun adamları Eyvazovu İstanbul aeroportunda qarşılayıblar və onu restorana aparıblar. Eyvazov tək olmayıb, yanında türk dostu da olub. Restoranın çıxışında cinayətkarlar Eyvazovu silahla hədələyərək tanışı ilə bərabər adam olmayan yerə aparıblar.
Orada hər ikisini vəhşicəsinə döyən cinayətkarlar hadisə yerindən qaçıblar. Baş verən hadisədən sonra Masallinski bir neçə gün xəstəxanada qalıb. Məlumata görə, o, intiqam alacağını vəd edib.
Xatırladaq ki, Nərimanov rayonunda yanvar ayının 9-na keçən gecə Rafiq Eyvazovun (Rafiq Masallinski) və Nadir Səlifovun (Lotu Quli) adamları arasında atışma baş verib. Daha dəqiq desək, Masallinski “müharibə” elan edib, bu yolla o, intiqam almaq istəyib.
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi

























.jpg)











