Cinayət dünyası
Lənkəranskinin adamları onları satan biznesmenlərdən qisas alır
Alicənablıqla İstintaq Təcridxanasından ev dustaqlığına buraxılan mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin (Rövşən Canıyev) quldur dəstəsinin üzvləri Nijni Tagildə yeni qüvvə ilə qarışıqlıq salmağa başlayıblar.
2016-cı ilin avqust ayında təcridxanaya göndərilən qruplaşma üzvləri 2017-ci il fevral ayının əvvəlində ev dustaqlığına buraxılıblar.
Bu humanist addımın atılmasına səbəb dəstə üzvlərinin 5 epizod üzrə soyğunçuluqda təqsirlərini boyunlarına alaraq istintaqla sövdələşməyə getmələri olub.
Digər mənbə isə dəstə üzvlərinin azadlığa çıxmalarının səbəbini
prokurorluğun və Daxili İşlər Nazirliyinin yüksək vəzifəli
əməkdaşları arasında təsiredici himayəçilərinin olması ilə izah
edir.
Həmin mənbənin dəqiqləşdirdiyi məlumata görə, qruplaşmanın 9 üzvü -
Telman Vəliyev, Orxan Muradov, İlkin Əbilov, Xıdır Hacıyev, Asim
Abbasov, Vidak Maskal, Şəhriyar Əliyev, Eduard Traksel və Roman
Lenkov - azadlığa çıxıb.
Məhkəmə istintaq təcridxanasında yalnız İsa Əbilovu saxlayıb.
Qeyd edək ki, bu dəstənin üzvlərinin əksəriyyəti Azərbaycan
vətəndaşlarıdır.
Onlar quldurluqda və iş adamlarından zorakılıqla pul almaqda
təqsirkar bilinirlər. Onların Nijni Tagildə törətdikləri cinayətlər
barədə elə zərərçəkənlər özləri ifadə veriblər.
Dəmir barmaqlıqlar arxasından buraxılan Rövşən Lənkəranskinin
adamları təkcə bir neçə işi axıra çatdırmaq yox, həm də satqınları
cəzalandırmaq niyyətindədirlər.
Belə ki, fevralın 5-də quldurlar qəzaya uğrayan avtomobili naməlum
istiqamətdə aparmaq istəyəndə yenidən həbs ediliblər. Lakin onlar
sonradan Nijni Tagilin Lenin polis şöbəsindən sərbəst
buraxılıblar.
"Lənkəranski"nin dəstəsindən zərər çəkən biznesmenlərdən biri
quldurlarla əlaqəsinin tarixindən danışıb.
Özbəkistandan olan Ukukbek Nazarovun Nijni Tagildə şəxsi
stamatoloji klinikası olub. Klinika ona sabit gəlir gətirib və
yerli quldurların diqqətini cəlb etməyə bilməzdi.
Nazarova himayəçilik təklif olunub - iş adamı bir neçə il boyunca
cinayətkarlara ayda 40 min rubl ödəyib. Klinika daha uğurlu
fəaliyyət göstərəndə quldurlar "xidmətləri" əvəzində 150 min rubl
tələb edirlər. Nazarovun hövsələsi tükənib və himayəçilərini
söyüşlə daha uzağa göndərib. Buna görə də əvəzini ödəyib.
Ötən il yanvarın sonunda quldurlar onu narkotiklə uyudaraq
qaçırıblar. Nazarovu zirzəmiyə gətirib uzun müddət döyüblər və 25
dərəcə şaxtada üstünə quyudan su çıxarıb töküblər.
Bundan sonra biznesini iki nəfərin - Oksana Menşovanın və Əhməd
Gəlməsovun adına keçirməyə məcbur ediblər. Nazarov iki gün əsarətdə
saxlanıldıqdan sonra Yekaterinburq şəhəri ətrafında sərbəst
buraxılıb.
2016-cı ilin yayında Menşovanı və Gəlməsovu əməliyyatçılar
saxlayıblar. Qeyd etmək lazımdır ki, Nazarovdan biznesini əlindən
almaq mümkün olmayıb. Ona görə ki, klinikanın ərazisi stamatoloqa
məxsus deyilmiş, bu səbəbdən onun imzaladığı sənədlərin heç bir
qüvvəsi olmayıb.
Quldurlar mübarizəni artıq bu ilin fevralında - təcridxanadan
buraxılmalarından iki gün keçməmiş davam etdiriblər.
Cinayətkarlar Nazarova onun ərazisində başqa stamatoloqun
işləyəcəyini elan ediblər. İş adamı çölə atılıb.
İş adamının fikrincə, baş verənlərin hamısında həmin Əhməd
Gəlməsovun - 2016-cı ildə onun biznesini adına yazdırmaq
istədikləri şəxsin əli olub.
Nazarovun klinikası hazırda işləmir, biznesmen özü isə onu
incidənlərin məsuliyyətə cəlb edilməsinə cəhd göstərir. O, Vladimir
Kolokoltsevə, Yuri Çaykaya, Aleksandr Bastrıkinə, hətta Vladimir
Putinə ərizə ilə müraciət edib.
Nijni Tagildə vəziyyət həqiqətən dəhşətli və qorxuludur.
(modern.az)
-
İdman03:44Messi aldı, La Liqa klublarını ötməyə başladılar
-
Region03:18Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
-
Qoroskop01:40Günün ulduz falı: diqqətsizlik itkiyə səbəb olacaq
-
Nida Xəbər 20 Aprel 23:00Sumqayıtda işdən çıxarılan baş memarın yerinə yeni təyinat
-
Hadisə20 Aprel 22:32Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var
-
Elm və təhsil20 Aprel 21:39Azərbaycanda III ixtisas qrupu ləğv olunur?
-
Hadisə20 Aprel 20:24Kür çayı daşdı - Samuxda əkin sahələrini su basdı
-
ABŞ20 Aprel 19:00İranla razılaşma bu gün axşam imzalanacaq - Tramp




































