• USD 1,7000 0,00% EUR 1,8876 0,00%
    • GBP 2,0559 0,00% RUB 0,0257 0,00%

Rusiyanı lərzəyə gətirən “qardaşlar”: dəhşətli ölüm üsulları, tükləri biz-biz edən hadisələr və erməni...

Rusiyanı lərzəyə gətirən “qardaşlar”: dəhşətli ölüm üsulları, tükləri biz-biz edən hadisələr və erməni...

Fevralın 18-də Moskva dairə hərbi məhkəməsində Cako ləqəbli Aslan Qaqiyevin dəstəsinin məhkəmə prosesi başlandı. Rusiyanın əsas qatili kimi tanınan Aslan Qaqiyev amansız qatillərin əsl sektasını yaratmaqda və təxminən 60 insanın qətlində ittiham olunur.

Publika.az xəbər verir ki, “lenta.ru” saytının yazdığına görə, sekta iş adamları, məmurlar və hüquq-mühafizə orqanlarının əməkdaşlarını xüsusi hədəf olaraq seçirdi.

Sektanın ələ keçirilən üzvlərindən (sektanın 12 üzvü ötən ayın sonunda xüsusi təyyarə ilə Vladiqafqazdan Moskvaya çatdırılıb – red.) 140-dan çox tapança, avtomat, tüfəng və pulemyot götürülüb. Onların içərisində xaricdə istehsal olunan silahlar da var. Qaqiyev öz “sənət”ində milyonlarla avro qazanır və ölüm hökmlərini soyuqqanlılıqla çıxardırdı.

Sekta

Onun tərəfindən təşkil edilmiş cinayətkar sektaya 2004-cü ildən 2013-cü ilə qədər altı dəstəyə birləşdirilmiş 55 insan daxil olmuşdu. İstintaqın məlumatına görə, bu illər ərzində onlar 49 ayrıca ağır cinayət törətdilər: qətllər və sui-qəsdlər, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı. Cakonun adamlarının qurbanları, istintaqın məlumatına görə, ümumilikdə 60 insan oldu. Əgər bu qruplaşma tərəfindən (silahın qanunsuz dövriyyəsi, oğurluqlar, saxta sənədlərdən istifadə, insan oğurluğu və ilaxır) törədilmiş bütün cinayətlər hesablansa, onların sayının 170-dən çox olduğu şübhəsizdir.

Cinayətkar sekta məmurları xüsusi olaraq seçirdi. Vladiqafqazın meri Vitali Qarayev, respublika hökumətinin baş nazirinin müavini Kazbek Paqiyev, respublikanın cinayət axtarış idarəsinin rəisi Vitali Çeldiyev, milis mayoru İlya Kasradze, “Milli Kapital” bankının idarə heyətinin sədri Dmitri Plıtnik, “Sodbiznesbank” və "Kredittrast” banklarının sahibi Aleksandr Slesarev və onun ailəsi, “Kutuzov” bankının rəhbəri Oleq Novoselskiy… Və sektadan çıxmağa çalışan 8 “dönük”.

Hər dəfə cinayətdən sonra dəstənin üzvləri istifadə edilmiş silahı məhv edirdilər. Bununla belə müstəntiqlər onların gizli yerlərində 140-dan çox tapança, avtomatlar, tüfənglər, pulemyotlar, minlərlə patron, həmçinin milisin əməkdaşlarının formaları, radio stansiyalar və qandallar tapdılar.

“Bu təşkilat rəsmən “mütəşəkkil cinayətkar təşkilat” adlanır. Daha çox onu “Qaqiyevin dəstəsi” adlandırırlar. Onlar isə özlərini “Qardaşlar” və ya “Ailə” adlandırırdılar. Lakin daha dəqiq termin “Qaqiyev sektası” hesab edilir. Çünki onun iştirakçılarının arasında münasibətlər komandir-çavuş-əsgər iyerarxiyasından daha çox dini sitayişə uyğundur”, - ədliyyə polkovniki Ruslan Tlisov deyib.

Müstəntiqlərlə danışıqlarda Qaqiyevin dəstəsinin bütün iştirakçıları onun sevimli frazalarından birini yada salırdılar: “Hamı bizim ailəmizdir”. Onlar bir-birini “qardaş" adlandırırdılar, adlardan nadir hallarda istifadə edirdilər. Onlar üçün yalnız Cako “böyük qardaş" idi, bütün digərləri bərabər hesab edilirdilər.

Osetin Aslan Qaqiyev 29 yanvar 1971-ci ildə Gürcüstanın Laqodex rayonunda doğulub. Orada məktəbi bitirdikdən sonra Moskvaya köçüb və Moskva mühəndislik-inşaat institutuna daxil olub, lakin oranı bitirməyib. O, 1990-cı illərdə paytaxtda həmyerlilərdən təcavüzkar iqtisadi fəaliyyətdə ixtisaslaşdırılan kiçik qrup yığdı. Aydın və elastik ağla malik olan olan Cako cinayətkar aləmdə sürətlə yüksəldi və tezliklə varlandı.

Dakonun şəbəkəsi

“Aslan Qaqiyev çox yaxşı psixoloqdur”, - Ruslan Tlisov hesab edir.

Qaqiyevin tutulmasına qədər tanışların əksəriyyəti onu cinayətlə heç vaxt bağlı olmayan biznesmen hesab edirdilər. O, hamı üçün inanılmaz hündürlüklərə qədər müstəqil qalxmış osetin, Osetiyanı İsveçrəyə çevirməyə arzu etmiş bir insan idi. O, həmişə kasıblara kömək edir və gənclərə həyata “putyovka” verirdi. İnanmaq çətin idi ki, əslində Cako amansız qatildir.

İstintaqın məlumatına görə, “Qaqiyev sektası” altı dəstədən və qərargahdan ibarət idi. Qərargah Qaqiyevin özündən, onun köməkçisi, iki müavini, həmçinin rabitə üzrə cavabdeh şəxsdən ibarət idi.

Əmrləri Cakonun özü verir, pulla təmin edirdi. O, Moskvada, Moskva ətrafında və Osetiyada mənzilləri, ofisləri və kottecləri kirayələmişdi. Amma özü demək olar ki həmişə kölgədə qalırdı. Hətta Rusiyada Sergey Morozov adına pasportdan tez-tez istifadə edirdi.

Onun birinci köməkçisi Bote ləqəbli, eyni familiyalı və çoxdankı silahdaşı Oleq Qaqiyev idi. Hələ 2002-ci ildə Boteni üçqat qətlə görə saxlamışdılar, cinayət işi hətta məhkəməyə göndərildi, ancaq Cako rüşvət verdi və məhkəmə Boteni azad etdi.

Artur Cıoyev Aslan Qaqiyevin sağ əli idi. Onun tabeliyində döyüşçülərin öz qrupu var idi, amma bütün dəstənin fəaliyyəti və cinayətlərin planlaşdırılmasının koordinasiyası, həmçinin qətllərin üsulları və metodları onun əsas finksiyası idi. Artur 2019-cu ilin yanvarında 17 il azadlıqdan məhrum edildi.

Qaqiyevanın sol əli Qeorgi Dzuqutov idi. Onun öz qruplaşması yox idi və buna görə də sektada koordinasiyanı həyata keçirərək və planlaşdırmada iştirak edərək üçüncü mövqeyi tuturdu. Dzuqutov sektanın bütün üzvlərinə tibbi yardımın göstərilməsinə görə cavab verirdi. 2015-ci ilin iyununda onu 15 il azadlıqdan məhrum etdilər.

Arkadi Qabalov rabitə müdiri idi. Struktur dəstələrə Oleq Dzaraxoxov, Sergey Beqlaryan (erməni, “qardaşlar” tərəfindən öldürülmüşdü – red.) Bahrom Sekinayev, Denis Kokoyev, Oleq Qaqiev və Alan Torçinov (“qardaşlar” tərəfindən öldürülüb – red.) başçılıq edirdi.

İstənilən cinayətin planlaşdırılmasına görə, onu başlanğıcdan sonuna kimi dəstələrdən biri edirdi və başqa dəstələr bu haqda heç nə bilmirdilər. Beləliklə effektiv məxfilik əldə edilirdi. Bundan başqa, qruplaşmalardan hər birinin daxilində vəzifələrin bölgüsü mövcud idi. Kimsə izləmə ilə məşğul olurdu, kimsə sürücü idi və kimsə qatil işini üzərinə götürürdü. Və hərçənd heç bir formal əmrlə rolların belə bölgüsü tərtib olunmurdu, hər kəs, faktiki olaraq, öz yerini və işini bilirdi.

“Qaqiyev sektası”nın bütün üzvləri aylıq maaşı alırdılar, onlara konkret iş üçün əlavə pul və mükafatlar verilmirdi. Biz bir bloknotu əldə etdik, orada dəstələrdən birinin mühasibat məsələləri göstərilmişdi. Dəstəyə altı nəfər daxil olurdu. Hər ay rəhbər öz dəstəsinin ehtiyaclarına 30-35 min dollar alırdı. 50-60 min rubl insanlara maaş olaraq ödənilirdi, o zaman orta maaş 16-18 min rubl təşkil edirdi. Qalan pul silah və avtomobillərin alınmasına, telefonlarda kartların dəyişdirilməsinə xərclənirdi”, - Ruslan Tlisov qeyd edib.

Onun sözlərinə görə, icraçılara izah etmirdilər ki, nə üçün insanı aradan götürmək lazımdır:

“Onlar sadəcə əmri alırdılar və fikirləşmədən onu yerinə yetirirdilər. Çünki, belə lazım idi! Bu əmr hətta öz “qardaş”ın öldürülməsini zamanı da hərəkət edirdi”.

Qətl üsulları

Sektada cəmi üç qətl üsulu var idi. Ən yayılmışı başa polietilen paketin keçirilməsi və onun boğazdan gözlərə qədər hava keçirməz şəkildə kip bağlanması idi. Qurban bu halda qorxunc fiziki və psixoloji əzab çəkirdi. Avtomatlar və tapança-pulemyotlardan tez-tez istifadə edirdilər. Bu halda qurbanlar ən azı 25 gülləyə hədəf olurdu. Bir dəfə 15 saniyə ərzində iki qatil qurbanın üzərinə 180 patron boşaltmışdı. Və yalnız hərdən “Qaqiyev sektası” snayper tüfənglərindən istifadə edirdi.

Çox illər ərzində “Qaqiyev sektası”nın mövcudluğu sirr olaraq qaldı. Buna ciddi korrupsiyanının olması böyük təsir edirdi. Məxfiliyə böyük vəsaitlər xərclənirdi: hər ay telefon kartları, avtomobillər və gizli mənzillər dəyişdirilirdi. Yalnız tədqiqatçılara informasiya gəlirdi ki, Moskvada və Şimali Osetiyada sifarişli qətllərdə ixtisaslaşdırılan yaxşı gizlədilmiş qrup hərəkət edir. Amma onun tərkibi, rəhbəri və iştirakçıları naməlum qalırdı. Hərçənd Qaqiyev soyadı operativ materiallarda bir dəfə üzə çıxdı, amma onun cinayətdə iştirakının heç bir sübutunu tapmaq mümkün olmadı.

Təxminən 2008-ci il yanvarın ortasında birinci saxlanılanlar oldu: Ostayev və Alborov. 2009-cu ilin fevralında onlar ifadə verməyə başladılar və bu andan ayrı epizodlar cinayətlər seriyasında birləşməyə başladı.

Aslan Qaqiyev 2014-cü ilin fevralında beynəlxalq axtarışa verildi. Cako 2015-ci ilin mayında Avstriyada Bolqarıstan vətəndaşının saxta pasportu ilə polis tərəfindən saxlanıldı və həbs edildi. Ekstradisiyanın uzun proseduru başlandı. Lakin onu 100 min avro girov qarşılığında buraxdılar. O, Vyanada qalmağa davam edirdi, Avstriyada öz evi və yaxşı biznesi var idi. Avstriya məhkəməsi 2018-ci ilin yazında növbəti dəfə Cakonu girov əvəzində buraxmağı qərara aldılar. Lakin ağır cinayətlərdə Qaqiyevin iştirakının sübutlarının Moskva tərəfindən təqdim olunmasından sonra məhkəmə vəkillərin arqumentləri rədd edi və onun vətəninə ekstradisiyası barədə qərar verdi.

Qaqiyev 2018-ci ilin iyununda Moskvaya çatdırıldı. O, ifadə verməkdən imtina etdi. Amma yığılmış sübutlar cinayət işinin araşdırılması üçün kifayət edir. İndi Cako onlarla tanış olur və əvvəlki kimi heç nə danışmır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR