Bakıda ŞOK HADİSƏ: 18 yaşlı oğul atasına görə adam öldürdü - TƏFƏRRÜAT - - YENİLƏNDİ
Bizi izləyin

Kriminal

Bakıda ŞOK HADİSƏ: 18 yaşlı oğul atasına görə adam öldürdü - TƏFƏRRÜAT - - YENİLƏNDİ

Daxili İşlər Nazirliyi Bakıda törədilmiş qətllə bağlı məlumat yayıb.

Publika.az-a daxil olan məlumata görə, oktyabrın 17-də DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini olan bir yeniyetmə həmin gün gecə saat 2 radələrində naməlum şəxsin onların Bayıl qəsəbəsində yaşadıqları evdən oğurluğa cəhd göstərməsini, atası Sakitlə rastlaşdığından onu əli ilə vuraraq qaçdığını bildirib.

Dərhal Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və əməliyyat tədbirlərinə başlanılıb.

Oktyabrın 19-da saat 8 radələrində Səbail rayonunun A.İsmayılov küçəsində üzərində zorakılıq əlamətləri olan 40-45 yaşlı kişi meyiti tapılıb.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi, Səbail Rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşlarının birgə apardıqları araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhəd Həsənov olduğu müəyyənləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində Ə.Həsənovun Bayıl qəsəbəsindəki həmin evə oğurluq məqsədilə girdiyinə görə mənzilin sahibi Sakit Abdullayev və digər oğlu Faiq tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib. Araşdırmalarla S.Abdullayevin azyaşlı oğlunun “102 – Zəng Mərkəzi”nə də cinayətin izini itirmək məqsədilə zəng etydiyi məlum olub.

Qəsdən adam öldürməkdə şübhəli bilinən S.Abdullayev və F.Abdullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

*****

10:51

Bakıda küçədən meyiti tapılan şəxsin öldürüldüyü məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, oktyabrın 19-da Bayıl qəsəbəsi Neftçi Qurban küçəsi 35 ünvanının qarşısından 1964-cü il təvəllüdlü Həsənov Əhəd Əli oğlunun meyiti tapılıb. İlkin araşdırmalar zamanı onun kürək nahiyəsindən aldığı bıçaq xəsarətindən öldüyü müəyyənləşib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Həsənovun elə həmin binanın 39 saylı mənzilində yaşayan ata və oğlu tərəfindən öldürüldüyü üzə çıxıb. Belə ki, oktyabrın 19-na keçən gecə Ə.Həsənov Neftçi Qurban küçəsi 35 ünvanındakı binadan istilik radiatorlarını oğurlamağa gəlib. Bu zaman mənzilin sahibi Abdullayev Sakit Arif oğlu oğruya mane olmağa çalışıb və onların arasında dava düşüb. Dava-dalaş zamanı oğru tərəfindən atasının döyüldüyünü görən 2000-ci il təvəllüdlü Faiq Abdullayev bıçaqla həmin şəxsin kürəyinə zərbələr endirib. Binaya oğurluğa gəlmiş şəxsin öldüyünü görən ata və oğlu meyiti binanın həyətinə ataraq uzaqlaşıb.

Faktla bağlı cinayət işi açılıb. Hadisəni törətmiş ata və oğlu oktyabrın 24-də sxlanılaraq istintaqa təhvil verilib.

Nizam Rza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm