• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Bakıda məşhur biznesmenin maşınla vurub öldürdüyü şəxs barədə ŞOK FAKT - GÖRÜN KİM İMİŞ

  • Kriminal
  • 12 Fevral 2019 17:54
  • 2 432 Baxış
Bakıda məşhur biznesmenin maşınla vurub öldürdüyü şəxs barədə ŞOK FAKT - GÖRÜN KİM İMİŞ

Bakı şəhər Xətai rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, paytaxt sakini Vəliyev Sunay Məsud oğlunun idarə etdiyi “Mercedes GLS” markalı, 99 VS 999 dövlət qeydiyyat nişanlı avtomobillə Zığ yolunda hərəkətdə olarkən vurub öldürdüyü Ağdam rayon sakini, 1969-cu il təvəlüldlü Əliyev Müşfiq Sərdar oğlu Qarabağ əlili imiş.

Belə ki, Müşfiq Əliyev 1969-cu ildə Ağdamda doğulub. Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin batalyonunda erməni işğalçılarına qarşı döyüşüb və yaralanıb. 2-ci qrup Qarabağ əlili kimi qeydiyyatda olub. O, hadisə zamanı ağır xəsarət alıb və xəstəxanaya aparılarkən keçinib.

Qeyd edək ki, qəzanı törədən S.Vəliyev 2015-ci ildə vəfat edən məşhur biznesmen Məsud Vəliyevin oğludur. "Laçın" Ticarət Mərkəzinin sahibi olan və "Laçınlı Məsud" kimi tanınan iş adam vəfat edəndən sonra onun biznesinə oğlu rəhbərlik edir. Onlar “MVF”, “Laçın Ticarət Mərkəzi” və “Sunay Ticarət Mərkəzi” MMC-lərinə nəzarət edir.

II qrup Qarabağ müharibəsi əlili Əliyev Müşfiq Sərdar oğlu faciəli şəkildə həlak olub.

Nizam

loading...
Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
loading...