Kriminal
Gəncədə ƏMƏLİYYAT - Silahlı şəxslər tutuldu
Gədəbəy Rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, zərərçəkmiş Slavyanka kənd sakini R.Həsənov mayın 7-nə keçən gecə 20 yanvar küçəsindəki aptekindən 3080 manat pul oğurlandığını bildirib.
Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və qısa müddətdə bu cinayət əməlini törədənlərin Gəncə şəhəri ərazisində olduqları müəyyən edilib.
Gədəbəy Rayon Polis Şöbəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Vadim Səlimov, Rövşən Alıyev və qardaşı Rəvşin şəhər ərazisində saxlanılıblar.
Onlardan 2 ədəd maska, 1 ədəd alışqan tapança, 2 ədəd əlcək, 1 ədəd kəsici alət və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO















.jpg)


















