Kriminal
57 yaşlı kişi özündən 22 yaş kiçik sevgilisinin BAŞINI KƏSDİ: başqaları ilə... - Azərbaycanda DƏHŞƏT
Bakıda sevgilisini amansızlıqla öldürməkdə təqsirli bilinən Sahib Babayevin barəsində həbs qətimkan tədbiri seçilib.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin olunub.
Məhkəmənin qərarı ilə Sahib Babayevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, hadisə bu il martın 4-də paytaxtın Nizami rayon, B.Çobanzadə küçəsində baş verib. Bakıda kirayədə qalan Belarus vətəndaşı, 57 yaşlı Sahib Babayev sevgili münasibətində olduğu 35 yaşlı Elnarə Ağarzayevanı qısqanclıq zəminində qətlə yetirib.
Daha sonra Sahib Babayev polisə gedərək könüllü təslim olub.
Məlum olub ki, 57 yaşlı Sahib Babayev özündən 22 yaş kiçik olduğu sevdiyi qadınla mübahisə edib. Onların arasında mübahisənin yaranmasına səbəb isə sonuncunun başqa bir kişi ilə münasibət saxlaması olub.
Sahib Babayev Elnarə Ağarzayevaya əvvəlcə bədənini müxtəlif nahiyəsinə xəsarətlər yetirib. Sonra isə qadını yerə yıxaraq başını kəsib. Qadının öldüyünü görən Sahib Babayev ərazi üzrə 24-cü polis şöbəsinə gedərək törətdiyi əməli etiraf edib.
Bu barədə polis dərhal hadisə yerinə gəlib və rayon prokurorluğuna da məlumat verilib.
İstintaq qrupu meyti müayinə etmək üçün rayon məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparıb. Ekspertlər qadının boğazının kəsilərək öldürüldüyünü təsdiq ediblər.
Sahib Babayev ilkin ifadəsində qadını qısqanclıq zəmnində öldürdüyünü deyib. Məlum olub ki, kişi ilə qadın daimi həmin ünvadna yaşamayıblar. Onlar ayda 2-3 dəfə həmin ünvana gəlirmişlər.
İstintaq orqanı tərəfindən Sahib Babayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Nizami rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir.
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi












.jpg)




.jpg)



.jpg)













.jpg)

