Kriminal
Azərbaycanda baş həkimin oğlu həbs edildi - BU ƏMƏLƏ GÖRƏ
İyulun 7-də Sabirabad şəhərində iki piyadanın ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, saat 13 radələrində şəhərin Muğan prospektində yolu keçən piyadalar Banı Əliyeva və qızı Hədiyyə sürücü Kamran Nəsirlinin idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə vurulub. Nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.
İstintaq zamanı hadisə yerinə baxış keçirilib, şahid ifadələri alınıb və müvafiq ekspertizalar təyin edilib.
Sürücü Kamran Nəsirli cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulub. Ona Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham elan olunaraq, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Qeyd edək ki, K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.
-
Hadisə17:25Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısında - FOTO
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu



























_(1).jpg)









