Kriminal
DİN ata və oğlunun güllələndiyi hadisə barədə məlumat yaydı
Daxili İşlər Nazirliyi Masallı rayonunda törədilmiş silahlı insidentlə bağlı məlumat yayıb.
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 29-da saat 13 radələrində Masallı Rayon Polis Şöbəsinə Əhmədli kəndi ərazisində kənd sakini H.Cəfərovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu V.İsmayılova və onun atasına xəsarət yetirməsi barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Bu cinayət əməlini törətməkdə şübhəli bilinən H.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci maddəsi ilə (Adam öldürməyə cəhd) cinayət işi başlanıb.
Masallı rayon prokurorluğunda araşdırma aparılır.
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
MDB12:20Məktəblilərin telefon və yazışmaları yoxlanılır - Müfəttiş şagirdləri hədələdi
-
Ekologiya12:16Dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
İKT10:09Mask: İnsanların gəlirləri əhəmiyyətli dərəcədə artacaq
-
Sosial08:45Sökülən binaların sakinlərinə şad xəbər: əlavə 20 faiz… - Vacib detal
-
Dünya07:55Bank böhranı ölkəni silkələdi: Prezident vəzifəsindən uzaqlaşdırıldı, ev dustaqlığına göndərildi
-
İdman07:15Keynin “Bayern”dəki fantastik maaşı
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı





























.jpg)








.jpg)
