Kriminal
Niyaz Niftiyevin işi məhkəməyə göndərildi
Binəqədi qəsəbə bələdiyyəsinin vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib.
Publika.az Binəqədi rayon Prokurorluğuna istinadən xəbər verir ki, Binəqədi qəsəbə bələdiyyəsinin Bələdiyyə vergiləri və yerli gəlirlər şöbəsinin müdiri Abışov Sahib Abdulla oğlunun qanusuz hərəkətləri ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq zamanı Sahib Abışovun ayrı-ayrı vaxtlarda həmin bələdiyyənin sədri və sədr müavini vəzifələrində işləmiş Niftiyev Niyaz Məmmədəli oğlu və Nəsibova Mətanət Hüseyn qızı ilə qabaqcadan əlbir olub ümumilikdə 51 nəfər şəxsdən müxtəlif məbləğlərdə rüşvət alınması müqabilində onların ölkə ərazisində tətbiq edilmiş karantin dövründə qanunsuz olaraq sərbəst hərəkət etmələri üçün saxta arayışların verilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən qanunsuz hərəkətləri ilə Sahib Abışov, Niyaz Niftiyev və Mətanət Nəsibovaya Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma) 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) 311.3.2, (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Prokurorluq orqanları tərəfindən bundan sonra da bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması, xüsusi karantin rejimi qaydalarını pozmuş şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi və bu sahədə baş verən neqativ halların qarşısının alınması istiqamətində zəruri tədbirlərin davam etdirilməsi təmin ediləcək.
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi







.jpg)










.jpg)










.jpg)
.jpg)





